"Karantin rejiminin bitməsi bayramı"nı edənlər cərimələndi - VİDEO

Hazırda oxunan: "Karantin rejiminin bitməsi bayramı"nı edənlər cərimələndi - VİDEO

11340

Sosial şəbəkələrdə paytaxtın Nizami rayonunda yerləşən "Muğam ocağı” restoranında təşkil olunan şənliyin görüntüləri yayılıb.

Bizim.Media xəbər verir ki, DİN Mətbuat Xidmətindən verilən məlumata görə, keçirilən tədbirlərlə yayılan videogörüntülər araşdırılaraq, obyektin icarədarı, tədbirin təşkilatçıları və iştirakaçıları müəyyən olunub, müvafiq polis orqanına dəvət olunaraq inzibati məsuliyyətə cəlb ediliblər.

 

MÖVZU İLƏ BAĞLI:

Toy məclisində iştirak edən 70 nəfər saxlanıldı - VİDEO


Fevralın 2-də xüsusi karantin rejim qaydalarını pozaraq, ətriyyat şirkətlərindən birinin bir qrup əməkdaşı toplaşaraq, "karantin rejiminin bitməsi bayramı” adı altında şənlik keçiriblər.

Restoranın icarədarı və xidmət personalı ilə profilaktik söhbətlər aparılıb, karantin qaydalarına əməl etməyin vacibliyi onların diqqətinə çatdırılıb.

Ümumilikdə 15 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) protokol tərtib edilib.

Qanunvericiliyə uyğun olaraq obyektin icarədarı 4000 manat, digərləri barəsində 200 manat məbləğində inzibati tənbeh tədbirləri tətbiq olunub.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO