Suqovuşan su anbarı BƏRPA OLUNUR - FOTO

Suqovuşan su anbarı BƏRPA OLUNUR - FOTO

Hazırda oxunan: Suqovuşan su anbarı BƏRPA OLUNUR - FOTO

113385

Suqovuşan su anbarının 1.5 milyon kubmetr həcmini lil tutub. 

Bu barədə Bizim.Media-nın Qarabağ bürosuna Tərtərçay Hidroqovşağının İstismarı İdarəsinin Baş mühəndisi Mehman Kərimov bildirib.  

Baş mühəndis həmçinin anbarda təmir işlərinin davam etdiyini açıqlayıb:  

"Hazırda anbarda təmir bərpa işlərinin aparılması üçün suyun səviyyəsi 10-15 metr aşağı salınıb. İşğalda olduğu ərəfələrdə heç bir texniki qulluq göstərilməyən su anbarında beton yamancların betonlanması işləri aparılır. Bundan başqa, hidrotexniki qurğuların - irriqasiya su buraxan qapıları və dib qapılarının təmiri işləri aparılır. Sağ və sol sahil kanalları olmaqla 20 və 5.2km beton kanallar da təmir olunur",- deyə bildirib. 

Təmir işlərinin tez bir zamanda başa çatacağı və anbarın yenidən tam gücü ilə istifadəyə veriləcəyi diqqətə çatdırılıb.  

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO