Məhv olan meşə fondunun 35 hektarı bərpa edilib - RƏSMİ 

Məhv olan meşə fondunun 35 hektarı bərpa edilib - RƏSMİ 

Hazırda oxunan: Məhv olan meşə fondunun 35 hektarı bərpa edilib - RƏSMİ 

113366

Son 5 ildə ən çox yanğın 2022-ci ildə baş verib. 

Bizim.Media xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov bu gün keçirilən mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, ötən il 870 hektar ərazidə yanğın baş verib:

"2022-ci ildə meşə ərazilərində avqustun 15-dən başlayaraq 66 yanğın hadisəsi baş verdi. Əsas yanğın Şabran, Quba, Zaqatala regionlarını əhatə etdi. İlkin hesablamalara görə, yanğın nəticəsində 40 hektara qədər meşə fondu tamamilə məhv olub. Həmin ərazilərin 35 hektarı artıq bərpa edilib. Həmin ərazilərdə 12 mindən çox ting əkilib, 30 mindən çox toxum səpilib". 
Xalıqverdi Hüseynov bildirib ki, yanğınların əksəriyyəti taxıl ərazilərində baş verib və meşə ilə örtülü ərazilərə keçib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO