Qanunsuz ağac kəsənləri həbs cəzası GÖZLƏYİR

Qanunsuz ağac kəsənləri həbs cəzası GÖZLƏYİR

Hazırda oxunan: Qanunsuz ağac kəsənləri həbs cəzası GÖZLƏYİR

113336

"Qanunsuz ağac kəsiminə görə həbs cəzası verilə bilər". 

Bizim.Media xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə 2022-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib. 

Nazirlik rəsmisi bildirib ki, qanunsuz ağac kəsiminə görə cəzaların artırılması ilə bağlı layihə aidiyyəti üzrə təqdim olunub, yaxın zamanda layihənin qəbulu gözlənilir:

"Cərimələrin 4-5 dəfə artırılması nəzərdə tutulub. Bu qərarın qüvvəyə minməsi ilə Bakıda vəzifəli şəxslər üçün 18-20 diametrində ağacın kəsilməsi cinayət məsuliyyəti yardacaq. Hüquqi şəxslər üçün isə 8-12 diametrdə ağacın kəsilməsi cinayət məsuliyyəti yaradacaq, hətta həbs cəzası da verilə bilər". 
Xidmət rəisi vurğulayıb ki, bəzən Bakıda gecə saatlarında tikinti şirkətlərinin yaşıllıqları məhv etməsi halları müşahidə edilir, bu kimi faktların qarşısını almaq üçün qanunvericiliyin sərtləşdirilməsinə ehtiyac var".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO