Arzularınızın arxasınca gedin hər zaman...

Arzularınızın arxasınca gedin hər zaman...

Hazırda oxunan: Arzularınızın arxasınca gedin hər zaman...

113335
İnsan dediyin həm mürəkkəb, həm də ideal varlıqdır. Yer üzündə yaşayan bəlkə də milyonlarla insan əslində nə istədiyini və yaxud kim olmaq istədiyini qərarlaşdırmaqda çətinlik çəkir. Biz ana bətninə düşdüyümüz andan etibarən hər ay bir qədər də böyüdükcə dünya işığını görmək üçün səbrsizlənirik. Bəlkə də məhz bu səbəbdən bir çox körpələr dünyaya daha tez gəlirlər. Və artıq dərk etdiyimiz yaş dövrü yetişdikdə hər birimiz nələrisə arzulamağa başlayırıq. 

Arzulamaq gözəldi. Amma onu həyata keçirmək və  illərdir gözlədiyimiz bir işi arzudan reallığa çevirmək daha da gözəldir. Düşünmürəm ki, bir insanın istəyi və arzusu ona əzab verə bilər. Bir dəfə gəldiyimiz həyatda heç olmasa bir arzumuzu olsa belə reallaşdıra bilirikmi? Yəqin ki, bir çoxumuz içimizdə bu sualı özümüzə vermişik. Bizi həyata bağlayan və yaşamağa daha da həvəsləndirən əslində qəlbimizin dərinliyində itib-batan arzulardır. Onları məhv etməyək, əksinə yaşadaq. Daha çox nikbin düşünərək və həmin arzuya doğru gedən yolu düzgün təyin edərək sonda müsbət nəticəyə nail ola bilərik. Xüsusən də gənclərimiz daha çox səbrsiz olurlar. - Mən nə qədər gözləməliyəm? -Bəlkə də vaxtımı boş yerə sərf edirəm? ”“İnanmıram ki alına, qalsın başqa vaxta və s. bu kimi suallarla həm özümüzü həm də arzumuzu öldürmüş oluruq. Niyə bu qədər bədbinliyə qapanıb illərdir reallaşmasını gözlədiyimiz arzularımızın arxasınca getmirik axı? İnsan yeganə varlıqdır ki, istəsə dağı dağ üstə qoyar deməyiblərmi! Heç bir dəfə də olsa düşünmüşük ki, bizim istifadə etdiyimiz gündəlik geyimlər, aksesuarlar necə bu qədər fərqli və zövqlü ola bilir? Bəlkə həmin ideyanı verən insanlar da vaxtilə bunu arzu ediblər? Bizim arzularımızdan hansı birisə reallaşdığı zaman bir tarixə yazıla bilər. Mən buna inanıram. Əsas istək və o istəyə doğru getməkdir. Mən şəxsən bir arzumun reallaşmağı üçün 5 il gözləməli oldum. Amma sonda buna nail olmağı bacardım. İnsan öz arzusuna qovuşanda o hissləri izah etməyə belə sözlər olmur bəzən. 

Zaman bizim əksimizə işləyə bilər, çünki onu nə saxlamaq nə də dəyişmək olmur. Amma başlayacağımız belə dəyərli yolda inanın ki, heç zaman da gözə görünmür. Daxili aləmimizdəki belə zəngin sərvətlə biz yalnız xoşbəxtliyin açarını qazanmış olarıq. Xoşbəxt o şəxsdir ki, arzu etdiklərinə nail olub və artıq onun günəş kimi işıq saçdığı həyatdan zövq alaraq yaşayır. Ən azından bir dəfə gəldiyimiz həyatda bir iz qoyaq, yaxşı əməllərimizlə gələcək nəsillərə nümunə olaq. Çünki insan bir gün həyatdan köçəndə özü ilə o biri dünyaya yalnız xoş təəssüratlar aparır. Dünyanın malı isə elə dünyada qalır. Dünyaya gələrkən bizimlə bərabər yeni yaranmış arzularımıza günah qatmayaq.  
Atalarımız gözəl deyib: Dünyanı ümid ilə yemişlər. Bizim arzumuz bir ola bilər amma ümid hər zaman ikidir. Odur ki, heç vaxt ümidimizi itirməməli, nə olursa-olsun hər zaman arzularımızın arxasınca getməliyik. Yoxsa həyatımız sönük, mənasız bir ömür kimi keçib gedər. Arzu qəlbin hərəkətedici qüvvəsidir, xoşbəxt olmaq üçün istəmək və fəaliyyətə başlamaq heç zaman gec deyil. 

AYNUR HÜSEYNOVA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO