Bəzi tarixi abidələr qəbristanlıqların ərazisində yerləşir. Bu abidələrin bir çoxu dövlət tərəfindən qorunan tarixi abidələr siyahısına aiddir. Onlardan biri də Kürdəmir rayonunun Sığırlı kənd qəbristanlığında yerləşən qədim Qafqaz Albaniyasına məxsus “Qaratəpə” tarixi abidəsidir.
Hazırda baxımsız vəziyyətdə olan bu tarixi abidənin öyrənilməsinə, qorunmasına və təbliğ olunmasına böyük ehtiyac var.
Bizim.Media xəbər verir ki, “Qaratəpə” abidəsi ilk orta əsrə aid olmaqla, Qafqaz Albaniyasının Şirvan düzündəki ən maraqlı abidələrindən biri hesab olunur.
Bu abidə 2001-ci ildən Nazirlər Kabinetinin qərarına əsasən, dövlət qeydiyyatına götürülüb.
Abidə dövlət tərəfindən qorunan abidələr siyahısına alınsa da, bu günə kimi Kürdəmir rayonu ərazisində hər hansı Qafqaz Albaniyası abidəsi öyrənilməyib. Hazırda baxımsız vəziyyətdə olan abidənin ətrafında dəfn olunan kənd sakinlərinin qəbirləri abidənin ərazisinə daxil olub. Hətta bəzi qəbirlərin kənarları belə hasarlanıb.
Bundan başqa, abidənin ərazisini gəzdikcə burada pərakəndə şəkildə yığılmış məişət tullantılarına da rast gəlmək olar. Tarixçilər qədim Qafqaz Albaniyasına aid maddi mədəniyyət nümunəsi olan “Qaratəpə” abidəsinin öyrənilməsinə, qorunmasına, eləcə də təbliğ olunmasına böyük ehtiyac olduğunu bildirirlər.
İnvertar nömrəsi “1231” olan olkə əhəmiyyətli tarixi və mədəniyyət abidəsinin tanıtım lövhəsi də yarasız vəziyyətə düşüb və oxunması mümkün deyil.
Nəticə etibarilə, bura gələn turistlər və yerli sakinlər bu tarixi abidə haqqında heç bir məlumat əldə edə bilmirlər. Tezliklə qorunması və təbliği işi həyata keçirilməzsə, abidə tarixə qovuşa bilər.
Həmçinin, yerli sakinlər arasında təbliğatın aparılmasına da böyük ehtiyac var ki, sakinlər abidənin ərazisində dəfn işləri həyata keçirməsin. Əks halda, bu maddi-mədəniyyət nümunəsi kənd qəbristanlığının altında qala bilər.
Tarixi abidənin gələcək taleyi ilə bağlı məlumat almaq üçün üz tutduq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə dövlət xidmətinə.
Xidmətin mətbuat katibi Fariz Hüseynli bildirdi ki, ”Qaratəpə” yaşayış yeri və qədim qəbristanlıq ölkə əhəmiyyətli arxeoloji abidədir:
“Abidənin ətrafında yerləşən ərazi orta əsrlərdən hazırki dövrə qədər qəbristanlıq kimi istifadə olunub. Aparılan maarifləndirici tədbirlərdən sonra son dövrlər abidəyə yaxın yerlərdə dəfnlərin həyata keçirilməsinin qarşısı alınıb. Arxeoloji abidənin ərazisinin mühafizəsi məqsədilə ətrafı dəmir torla hasarlanıb. Dövlət xidmətinin abidələrin mühafizəsi xidməti tərəfindən abidənin qorunmasına nəzarət edilir”.
Qurum rəsmisi abidə qorunur desə də, hər halda tarixi abidənin real mənzərəsi göz önündədi.
”Qaratəpə” abidəsinin gələcək nəsillərə çatdırılması üçün mühafizə olunmasına ehtiyac var.
Mövzuya yenidən qayıdacağıq.
Aqil Əsədov, Bizim.Media, Aran bürosu
- A-
- A
- A+
Cəmiyyət
13:00 / 06.01.2023
“Qaratəpə” tarixi abidəsi niyə baxımsız vəziyyətdədir? - FOTO
Hazırda oxunan: “Qaratəpə” tarixi abidəsi niyə baxımsız vəziyyətdədir? - FOTO
Hazırda oxunan: “Qaratəpə” tarixi abidəsi niyə baxımsız vəziyyətdədir? - FOTO
113321
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.