Bayram günlərində metrodan nə qədər sərnişin istifadə edib? - RƏSMİ 

Bayram günlərində metrodan nə qədər sərnişin istifadə edib? - RƏSMİ 

Hazırda oxunan: Bayram günlərində metrodan nə qədər sərnişin istifadə edib? - RƏSMİ 

113320

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə gücləndirilmiş iş rejimi şəraitində çalışan Bakı metropoliteni beş gün ərzində 2 milyon 332 min 539 və yaxud gün ərzində orta statistik hesabla 466 min 508 sərnişin daşıyıb. Ümumən bayram günlərində hər hansı neqativ hadisə yaşanmayıb. 

Bu barədə Bizim.Media-ya “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. 

Qeyd edilib ki, bu ilin yanvarın 1-nə keçən gecə Yeni ilin gəlişini şəhər gəzintisində qeyd edənlərin axını nəzərə alınaraq, Bakı metropoliteninin sərnişindaşıma fəaliyyəti 1 saat uzadılıb.

Lakin tələbata uyğun olaraq, “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi iş vaxtını daha bir saat artırıb.

Gecə saat 02:00-a qədər stansiyalar sərnişinlərin girişinə açıq olub. İki saat ərzində metropolitendən 27 min 688 ödənişli sərnişin istifadə edib. Diqqətə çatdırılıb ki, bu rəqəm 2022-ci ilin gəlişi ilə əlaqədar uzadılmış iş vaxtı ərzində (2022-ci il yanvarın 1-nə keçən gecə) daşınan sərnişin sayından 5156 nəfər çoxdur. 
2023-cü il yanvar ayının 1-nə keçən gecə 2 saat ərzində sərnişinlərin ən çox daxil olduğu stansiyalar “28 May” (9363), “Sahil” (8627) və “İçərişəhər” (5225) olub. Bu iş vaxtının uzadıldığı vaxt ərzində metropolitendən istifadə edən sərnişinlərin 83,84 faizi deməkdir.

Ümumiyyətlə, 2022-ci ilin dekabr ayı ərzində Bakı metropoliteni 21 milyon 293 min 624 sərnişinə daşıma xidməti göstərib.

Orta statistik hesabla gün ərzində 686 min 891 nəfər metropolitendən istifadə edib. Bu, pandemiya dövründə bir ay ərzində ən yüksək göstərici hesab olunur. İlin sonuncu ayının yalnız iş günləri nəzərə alınarsa, metropoliten 22 gün ərzində orta hesabla 760 min 185 nəfər sərnişin daşıyıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO