Bakı metrosunda NASAZLIQ - Sərnişinlər düşürüldü

Bakı metrosunda NASAZLIQ - Sərnişinlər düşürüldü

Hazırda oxunan: Bakı metrosunda NASAZLIQ - Sərnişinlər düşürüldü

113218

"Nizami" stansiyasında vaqonlardan birinin qapısının bağlanmasında problem yaranıb. Təlimat qaydalarına uyğun baxış təyin edilib. Qatara əlavə baxış keçirilməsi zərurəti yarandığından sərnişinlər stansiyada düşürülüb. 

Bu barədə məlumatı Bizim.Media-ya "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə qatar mənzili sərnişinsiz qət etdiyi üçün iki qatar arasında olmaq şərtilə, intervaldan əlavə 2 dəqiqəlik yubanma qeydə alınıb.

Hazırda problemin səbəbləri araşdırılır. Bu barədə əlavə məlumat veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO