İsmayıllıda kartof yığımı həyata kerçirilir.
Sfera.az xatırladır ki, cari ilin yazında rayonun Talıstan, Diyalı kəndləri və şəhər ərazisində sənaye üsulu ilə 305 hektarlıq sahədə kartof əkini aparılıb.
Həmin sahələrin hər hektarından 35-40 ton məhsul götürülür. Hazırda Diyallıda kartof sahəsində 200-ə yaxın işçi çalışır. İşçilər üçün daşınma xidməti də mövcuddur.
Bu günədək 6380 ton kartof yığılmışdır. Ümumilikdə rayon ərazisində 970 ha kartof əkini aparılmışdır.
Qeyd edək ki, bütün texnikalar AqrarKreditvə İnkişaf Agentliyinin (AKİA) vasitəsilə kreditlə götürülmüşdür ki, bunun da nəticəsində əl əməyindən istifadə azalmışdır.