Ucarın Gəraybəyli kəndinin YOL DƏRDİ – “Hər dəfə vəd verib yola salırlar” – FOTO  

Ucarın Gəraybəyli kəndinin YOL DƏRDİ – “Hər dəfə vəd verib yola salırlar” – FOTO  

Hazırda oxunan: Ucarın Gəraybəyli kəndinin YOL DƏRDİ – “Hər dəfə vəd verib yola salırlar” – FOTO  

113183

“Kəndimizin yolları illərdir acınacaqlı vəziyyətdədir. İstər qışda, istərsə də yayda bu yolda hərəkət etmək mümkün deyil, yayda toz-torpaq əlindən, qışda isə palçıq və çalalara dolan suyun əlindən...” 

Bu sözləri Bizim.Media-nın yerli bürosuna Ucarın Gəraybəyli kənd sakinləri deyiblər.  

Sakinlər bildirirlər ki, kənd rayonun yaxınlığında yerləşsə də, yolların əlverişsiz olması onları rayondan uzaq salır. Nəticədə hərəkət çətinləşir, mənzil başına yollananlar əlavə vaxt itkisi ilə üzləşirlər. 

Onların dediyinə görə, bir neçə il öncə rayon ərazisində asfaltlanma işləri görüləndə rayona çox yaxın olduğundan Gəraybəyli kəndinin ərazisinə də asfalt döşənməsi nəzərdə tutulub. Amma təəsüflər olsun ki, bu işlər zamanı kəndə nə asfalt örtüyü salınıb, nə də yollar təmir olunub. 

Sakinlər qış aylarında yolda yaranan gölməçələr səbəbindən uşaqları məktəbə qucaqlarında aparmalı olurlar.  

Sürücülər də bu yoldan istifadə etməkdə çox çətinlik çəkirlər. Onların sözlərinə görə, bu yolda hər dəfə hərəkət edərkən avtomobil tez sıradan çıxır və qazandıqlarını ustalara verməli olurlar.

Çəkiliş apardığmız zaman da kənd yolunun acınacaqlı vəziyyətdə olduğunun şahidi olduq. 

Sakinlər mövcud vəziyyətlə bağlı dəfələrlə aidiyyətı üzrə müraciət etsələr də, onların səsinə haray verən olmayıb. Hər dəfə onlara müxtəlif vədlər verərək yola salıblar. Artıq bu vəziyyətdən təngə gələn sakinlər tez bir zamanda kənd yolunun təmir olunmasını istəyirlər. 

Vətəndaşları dinlədikdən sonra üz tutduq Gəraybəyli kənd bələdiyyəsinə.  

Kənd bələdiyyəsinin sədri Rəhim Rəhimov bildirib ki, məsələ diqqət mərkəzindədir və ən qısa zaman içərisində kənd sakinlərinin də iştirakı ilə aidiyyəti qurumlara rəsmi müraciət olunacaq. 

Mövzunu diqqətdə saxlayacağıq. 

Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO