Yola saldığımız ildə nə qədər şəhid verdik? - BİZİM ARAŞDIRMA

Yola saldığımız ildə nə qədər şəhid verdik? - BİZİM ARAŞDIRMA

Hazırda oxunan: Yola saldığımız ildə nə qədər şəhid verdik? - BİZİM ARAŞDIRMA

113172

Azərbaycan çoxəsrlik tarixində dəfələrlə işğala məruz qalıb. Xalqın mübarizəsi nəticəsində Azərbaycan dövləti öz varlığını, torpaqlarını qoruyub saxlayıb və bu yolda minlərlə qurban verib.

Təbii ki, torpaqları azad edərək təhlükəsizliyi təmin etmək itkilər bahasına başa gəlir.

Şəhidlərimizin olması çox ağır və acıdır. Şəhid vermək istəmiriksə, torpağı verməliyik, yox əgər torpağı vermək istəmiriksə, onda mütləq şəhid verməliyik.

Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur, onları qarşıdan gələn bayramla əlaqədar anırıq...

Bir neçə gün sonra yola salacağımız 2022-ci ilin sentyabr ayı da ağır və acılı dönəmdən keçdi. Həmin ayın 1 günündə 80 hərbçimiz vətən, torpaq yolunda şəhadətə qovuşdu...

Bu il nə qədər şəhid verdik? 

Bizim.Media həmin məlumatı təqdim edir:

Yanvarın 11-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ayaz Azər oğlu Nəzərov şəhid olub.

Martın 4-də Şuşa-Laçın yolunda avtomobil qəzası nəticəsində Azərbaycan ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Vüsal Vüqar oğlu Kazımov  şəhid olub. Şəhid əsgər İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Avqustun 3-də Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub.
Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər 2004-cü il təvəllüdlü Anar Rüstəm oğlu Kazımov aldığı güllə yarasından şəhid olub. Şəhidimiz Şəmkir rayonunun Qaracəmirli kəndində kənd qəbiristanlığında torpağa tapşırılıb.

Avqustun 6-da isə avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Samir Səməd oğlu Xudiyev və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb. Hər iki əsgər aldıqları xəsarətlərdən dünyalarını dəyişiblər. Samir Xudiyev Ramana qəsəbəsinin Şəhidlər xiyabanında, Tahir Əliyev isə Ağstafa rayonunun Şəhidlər Xiyabanında torpağa tapşırılıb. 

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 80 hərbi qulluqçusu şəhid olub. 

Dekabrın 14-də Kəlbəcər rayonunda 4-ü hərbçi olmaqla 8 nəfər minaya düşüb, onlardan biri şəhid olub. 

Şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyirik!

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO