Gəncədə pirotexniki vasitələrdən istifadə edən gənclər həbs olundu – VİDEO  

Gəncədə pirotexniki vasitələrdən istifadə edən gənclər həbs olundu – VİDEO  

Hazırda oxunan: Gəncədə pirotexniki vasitələrdən istifadə edən gənclər həbs olundu – VİDEO  

113171

Gəncədə icra hakimiyyəti binasının qarşısında pirotexniki vasitələrdən istifadə edənlər saxlanıldı. 

Dekabr ayının 31-də Gəncə şəhər İcra Hakimiyyətinin qarşısındakı meydanda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə təşkil olunan tədbirdə qanunla satışı və istifadəsi qadağan olunan pirotexniki vasitələrdən istifadə edərək xuliqanlıq edən və vətəndaşların haqlı narazılığına səbəb olan şəxslər saxlanılıb.  

Bu barədə Bizim.Media-nın yerli bürosuna məlumatı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov verib.  

Onun sözlərinə görə Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri texniki-axtarış tədbirləri nəticəsində pirotexniki vasitələri kor-koranə şəkildə insanların üzərinə atan, şəhər sakinləri 1999-cu il təvəllüdlü Hüseyn Rəhimov və 2004-cü il təvəllüdlü Azər Abdıyev barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib.  
Məhkəmənin qərarı ilə həmin şəxslər inzibati qaydada 10 sutka müddətinə həbs olunublar. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO