Pediatr Azərbaycandakı virusdan DANIŞDI – “Uşaqlar sağalandan sonra təkrar yoluxur”

Pediatr Azərbaycandakı virusdan DANIŞDI – “Uşaqlar sağalandan sonra təkrar yoluxur”

Hazırda oxunan: Pediatr Azərbaycandakı virusdan DANIŞDI – “Uşaqlar sağalandan sonra təkrar yoluxur”

113167

“Uşaqlarda qızdırma üç gündən artıq davam edərsə, mütləq müayinə olunmalıdırlar. Özbaşına antibiotik qəbulu vəziyyəti ağırlaşdıra bilər”.

Bizim.Media xəbər verir ki, bunu tanınmış pediatr Vaqif Qarayev bildirib. Onun sözlərinə görə isti hava Avropanın bir çox ölkələrində müşahidə olunur. Viruslar da hər yerə yayılıb. 

“İndiki xəstəliklər müxtəlif variantlarda gedir: Yüksək qızdırma, qızdırma+boğaz ağrısı, qızdırma +öskürək+burun tutqunluğu, qızdırma+qusma, ishal, ümumi infeksion əlamətlər də öz yerində...Ən çox narazılıq yaradan qızdırmanın aqressivliyi və dərmana tabe olmamasıdır.

Dərmanların keyfiyyəti ilə bağlı iradlarla da razılaşmaq olar. Amma dərman qəbulundan sonra qızdırmanın normaya düşməsinə çalışmayın. Bu, heç lazım da deyil”.

Həkim digər narahatlığını da ifadə edib. O, deyib ki, valideyn müraciətlərinə görə uşaqlar sağalandan sonra təkrar yoluxur:

“Üç yaşına qədər uşaqlarda qusma və ishal varsa, ilk gündən mütləq həkim nəzarətində olmalıdırlar. Xalq təbabətindən istifadə qadağan deyil. Hamını nənə-babalarımız belə böyüdüb.

Amma təhlükəli məqamlar olduqda, həkimsiz keçinmək olmaz. Ənənəvi təhlükə yenə də qalır. Xəstə uşaqların kollektivə getməsi yolverilməzdir. Kollektivə gedən uşaq sağalandan sonra təkrar başqa virusla yoluxur”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO