Abbasqulu ağa Bakıxanovun ev muzeyinin tikintisi niyə 9 il ləngidi? – TARİXİ FAKTLAR – FOTO 

Abbasqulu ağa Bakıxanovun ev muzeyinin tikintisi niyə 9 il ləngidi? – TARİXİ FAKTLAR – FOTO 

Hazırda oxunan: Abbasqulu ağa Bakıxanovun ev muzeyinin tikintisi niyə 9 il ləngidi? – TARİXİ FAKTLAR – FOTO 

113154

Bakı xanı Abbasqulu ağa Bakıxanov nə üçün Qubada yaşamalı oldu? Amsar kəndini onun adı ilə nə bağlayır? 

Bizim.Media bu suallara cavab axtarıb. 

Tarixdən hər birimizə yaxşı məlumdur ki, Bakının Əmircan kəndində Mirzə Məhəmməd xanın ailəsində Abbasqulunun atası ilə əmisi oğlu Hüseynqulu xan arasında mövcud olan xanlıqlar konfliktindən sonra ailə Qubaya köçür. Ailə Mirzə Məhəmməd xana dayısı Fətəli xanın bağışladığı Amsar kəndində yaşayır. 

1819-cu ilə qədər burada təhsil alan Abbasqulu ağa təhsilini davam etdirmək üçün Qubadan gedir, ailə isə burada yaşamağa davam edir. 

Danışılır ki, Bakıxanovların Amsar kəndində Ağ çayın sol sahilində böyük xüsusi mülk və sarayları olub. Amma Abbasqulu ağanın mülklərinin  dağılması, yaxud dağıdılması barədə dəqiq məlumat yoxdur.  

Kənd sakinləri deyir ki,ağanın mülkü qırmızı kərpicdən inşa olunub. Amsarlılar Abbasqulu ağa Bakıxanovun ədəbi irsinə, əsərlərinə həmişə xüsusi hörmət, ehtiramla yanaşıblar. "Gülüstani-İrəm" kimi məşhur əsərilə tarixşünaslıq elmimizin əsasını qoyan Abbasqulu ağa Qubada "Gülüstan" elmi, ədəbi-bədii məclisi də yaradıb. Yerli yazarlar tərəfindən indi də həmin ənənə davam etdirilir.  

Amsarlılar Azərbaycanın bu böyük alim və şairinin Qubada yaşamasına görə həmişə fəxr edib, onun xatirəsini əbədiləşdirmək istəyiblər.  

Bu məqamda onların köməyinə 1989-1990-ci illərdə Quba rayon partiya komitəsinin birinci katibi işləyən, 1991-ci ildə Qarakənd faciəsində həlak olmuş qiymətli dövlət xadimlərimizdən olan Məhəmməd Əsədov çatıb. Sakinlər birinci katibə A.Bakıxanovun xatirəsinin əbədiləşdirilməsi məsələsi ilə bağlı müraciət ediblər. Məhəmməd Əsədov da camaatın çoxsaylı təklifini nəzərə alaraq kəndin ərazisində Abbasqulu ağa Bakıxanovun ev muzeyinin tikilməsi barədə tapşırıq verir. 1989-1990-cı illərdə bu muzey inşa edilməsi nəzərdə tutulub. 

Amma muzeyin fəalliyyətə başlaması müəyyən səbəblərdən gecikib və yalnız 9 il sonra istifadəyə veriĺib. 

Bəlkə də,Məhəmməd Əsədovun helikopter qəzasında həlak olması və digər baş verənlər binanın tikilməsini ləngidib. 

Lakin fakt odur ki, amsarlılar muzeyin tikilməsində xüsusi xidmətləri olan Məhəmməd Əsədovu bu gün də dərin hörmət və ehtiramla xatırlayırlar. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO