Kürdəmir incəsənət məktəbi QƏZALI vəziyyətdə  – FOTO

Kürdəmir incəsənət məktəbi QƏZALI vəziyyətdə  – FOTO

Hazırda oxunan: Kürdəmir incəsənət məktəbi QƏZALI vəziyyətdə  – FOTO

113053

Kürdəmirdəki qəzalı vəziyyətdə olan Uşaq İncəsənət məktəbindən danışacağıq. O məktəb ki, yarım əsrdən çox fəaliyyət göstərməsinə baxmayaraq bir dəfə də olsun əsaslı təmir olunmayıb.

Hazırda mədəniyyət ocağının dam örtüyü qırıq, divarları çatlaq, döşəməsi çürük, qapı pəncərəsi yararsız vəziyyətdədir. Qeyd edək ki, Kürdəmir rayon Uşaq İncəsənət  məktəbinin binası 1953-cü ildə Kürdəmir rayon Yol İstismar İdarəsinin yataqxanası kimi tikilərək istifadəyə verilib.
1966-cı ildən isə o vaxtkı rayon rəhbərliyinin təşəbbüsü ilə rayonda tələbat yarandığından bina uşaq incəsənət məktəbi kimi fəaliyyətə başlayıb. Əvvəlcə məktəbdə 3 müəllim və bir neçə şagirdlə 2 ixtisas üzrə fortepiano və tar ixtisası tədris olunub. Sonralar rayonda bu sahəyə tələbat artdıqca müəllim və şagirlərin sayı artmaqda davam edib.

Hazırda məktəbdə 9 ixtisas üzrə 313 şagird təhsil alır və onların  tədrisi ilə 83 müəllim məşğul olur. Şagirlərin sayı artdığından məktəbdə sinif otağı çatışmamazlığı yaranır.

Buna görə məktəb rəhbərliyi bir sinifi iki yerə bölərək siniflərin sayını 21-dən 31-ə qədər artırıb. Bu da dərs zamanı siniflərdə səs-küyün yaranmağına səbəb olur ki, bu vəziyyət tədrisin keyfiyyətinə də  mənfi təsirini göstərir. Bundan başqa məktəbdəki musiqi alətləri də köhnəlib sıradan çıxaraq istismar müddətini başa vurub.

Məktəb yaşayış binalarının əhatəsində və magistral yoldan aşağı olduğundan qış aylarında yağış, eləcə də qurunt suları məktəbin içinə qədər dolur. Müəllim və şagirdlər illərdir ki, bu acınacaqlı vəziyyətdə dərs keçmək məcburiyyətində qalıblar. Müəllimlər deyir ki, illərdir bu vəziyyətdə dərs keçməkdən artıq bir çox xəstəliklər tapmışıq. Siniflərdə olan rütubət onlarda revmatizma xəstəliyi yaradıb. Məktəbdə balaca bir sinfin iki yerə bölünməsi isə başqa bir dərddir...Müasir dövrümüzdə belə vəziyyətdə olan binadan heç tövlə kimi istifadə etmirlər.

Amma məktəbin kollektivi hələ də ümid edir ki, onlar üçün yeni buna tikiləcək. Gözləyə-gözləyə müəllimlər artıq qocalıblar. Bu gün də onlar rayonda yeni müasir tələblərə cavab verən musiqi məktəbinin tikilməsini istəyirlər. 
Qeyd edək ki, bu mədəniyyət ocağı zaman-zaman xalqımıza görkəmli incəsənət xadimləri bəxş edib. Məsələn Xalq artisti ,zərb alətlərinin məşhur ifaçısı Sadıq Zərbəliyev məhz bu məktəbin yetirməsidir. Bundan başqa bu məktəbdə vaxtilə məşhur tar, qarmon, kamança, fortepiano ifaçıları təhsil alıblar. Bundan başqa bu Uşaq İncəsənət məktəbi rayonun 120 min əhalisinə xidmət edən yeganə mədəniyyət ocağıdır və bu əlli ildə bir dəfə də olsun əsaslı təmir olunmayıb. 

Uşaq İncəsənət Musiqi məktəbinin müdiri Qəndab Zülfüqarova Bizim.Media-ya bildirib ki, binanın mövcud vəziyyəti ilə  bağlı dəfələrlə aidiyyatı qurumlara məlumat verilib. Amma bu günə qədər heç bir əməli iş görülməyib. Hazırda bina tədris üçün yarasız haldadır.

Buna baxmayaraq əhalinin bu sahəyə marağınının gündən-günə artdığını nəzərə alaraq işlərini dayandırmırlar. 

Mədəniyyət ocağının bərbad vəziyyəti ilə bağlı Kürdəmir Regional Mədəniyyət idarəsindən münasibət öyrənməyə çalışdıq. İdarənin rəis müavini Vaqif Alıyev Bizim.Media-ya bildirdi ki, vəziyyətlə tanışdılar və bununla bağlı aidiyyatı üzrə məlumat verilib.

Qurum rəsmisi onu da qeyd edib ki, yaxın vaxtlarda həmin istismar müddətini başa vurmuş Uşaq İncəsənət  məktəbilə bağlı tədbirlərin görülməsi eləcə də yeni məktəbin tikilərək kollektivin istifadəsinə verilməsi nəzərdə tutulur. 

Əlbəttə ki, qurum rəsmisi “yeni məktəb binasının tikilməsi nəzərdə tutulur” deməklə vəzifəsini bitmiş hesab etdi. Əslində əvvəllər də belə vədlər çox verilib. Amma heç bir icraat yoxdu.

Məktəb binasının belə vəziyyətdə olmasından isə ən çox əziyyət çəkən elə müəllim və şagirlərdir. Ümid edək ki, Mədəniyyət Nazirliyi məktəb kollektivinin çoxdan gözlədiyi ümidi doğruldar, kollektivin həsrətlə gözlədiyi əzab- əziyyətə son qoyular. Mövzunu diqqətdə saxlayacağıq...

Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO