Gəncə xəstəxanasında DƏHŞƏT – Doğum vaxtına iki həftə qalan ana əməliyyata GÖTÜRÜLDÜ

Gəncə xəstəxanasında DƏHŞƏT – Doğum vaxtına iki həftə qalan ana əməliyyata GÖTÜRÜLDÜ

Hazırda oxunan: Gəncə xəstəxanasında DƏHŞƏT – Doğum vaxtına iki həftə qalan ana əməliyyata GÖTÜRÜLDÜ

113047

Gəncə şəhər Abbas Səhhət adına xəstəxanada dəhşətli hadisə baş verib. Belə ki, normal hamiləlik dövrü keçirən ana dekabrın 27-də son müayinə üçün həmin xəstəxanaya müraciət edib. Hamiləlik müddətində və son dopler müayinəsində körpənin 11-18 yanvar arası dünyaya gələcəyi bildirilsə də, ana Səbinə adlı həkim tərəfindən erkən qeysəriyyə əməliyyatına alınıb.

Şöbə müdiri Şəhla adlı həkim isə bayram tətilində Bakıda olacağını bildirirərək, əməliyyatı dekabrın 29-na təyin edib.

Əməliyyatdan sonra uşağın atasına bildirilib ki, körpənin ciyərləri açılmayıb və reanimasiyada kuveizə yerləşdiriblər. Hətta buna görə atadan 350 manat pul da alınıb. Yanvarın 2-nə qədər körpə küveizdə saxlanılıb. Daha sonra vəziyyəti ağırlaşan körpə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna  (OMD xəstəxanası) yerləşdirilib. 

Məsələ jurnalist Rumiyyə Miraslan tərəfindən ictimailəşib və baş verən olayda Gəncə şəhər Abbas Səhhət adına xəstəxananın həkimləri günahlandırılıb. Jurnalistin dediyinə görə ağir sepsis olan körpənin tənəffüs aparatına qoşulması və komada olması məhz həkim səhlənkarlığı səbəbdir. Həmçinin uşaqda ürək, böyrək catışmazlığı var, mərkəzi sinir sistemi çox ciddi şəkildə zədələnib, yaşasa belə, çox ciddi əngəlləri olacaq. 

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) Bizim.Media-nın sorğusunu cavablandırıb. Qurumdan bildirilib ki, Gəncə şəhər sakini Qurbanova Aytən Adil qızı 29.12.2022-ci il tarixində 38 həftəlik hamiləlik və uşaqlıqda ağır çapıq şikayətləri ilə Abbas Səhhət adına xəstəxananın Ginekologiya və doğum şöbəsinə müraciət edib.

Həkim-ginekoloq Səbinə Quliyeva doğuşu sonlandırma zərurəti olduğundan (xəstəyə müvafiq hazırlıqlar görüldükdən sonra) hamilə qadın keysəriyyə əməliyyatı olunub. 3 200 qr çəkisi olan uşaq dünyaya gəlib.
Əməliyyat fəsadsız keçib. Uşağa bütün reanimasyon tədbirlər görülüb və o süni tənəffüs aparatına qoşulub. Müalicəsini davam etdirmək üçün Elmi-Tədqiqat Pediatriya İnstitutuna təxliyə edilib.

Qeyd edək ki, bu, qadının ikinci hamiləliyi olub.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO