Keçmiş məhkum oğurluq TÖRƏTDİ: 15 min dollarlıq...

Keçmiş məhkum oğurluq TÖRƏTDİ: 15 min dollarlıq...

Hazırda oxunan: Keçmiş məhkum oğurluq TÖRƏTDİ: 15 min dollarlıq...

113015

Nərimanov rayonunda M.Araz küçəsində yerləşən mənzillərdən birindən naməlum şəraitdə 15000 dollar dəyərində antik şamdanlar, mücrü və gümüş kəmər oğurlanması barədə polis məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, oğurluğun ev sahibin evdə olmadığı son 15 gün ərzində törədildiyi bildirilib.

Polis əməkdaşlarının “isti iz”lərlə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-texniki tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin oğurluq və soyğunçuluq maddələri ilə məhkum olunan, 1996-cı il təvəllüdlü Ramin Tağıyev müəyyən olunaraq saxlanılıb. Oğurlanan əşyaların yeri tapılaraq maddi sübüt kimi götürülüb, sahibinə qaytarılması təmin olunacaqdır.

R.Tağıyev cinayət məsuliyyətinə cəlb edilib.

Nərimanov Rayon Polis İdarəsinin (RPİ) İstintaq şöbəsində araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO