Hadisə yeni ilin ikinci günündə - yanvarın 2-də gecə saat 23 radələrində Qusar şəhərindəki yanacaqdoldurma məntəqəsində qeydə alınıb.
Bizim.Media-nın rayonun hüquq-mühafizə orqanlarından əldə etdiyi özəl məlumata görə, rayonun Köhnə Xudat Qazmalar kənd sakini, əvvəllər CM-nin 126-cı maddəsi ilə məhkum olunmuş Ravil Həmidov yanacaqdoldurma məntəqəsinin operatorunu hədələyərək ondan kassanın açarını tələb edib. Daha sonra kassadakı 200 manat pulu talayıb.
Qusar polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 27 yaşlı Ravil Həmidov saxlanılıb.
Onun barəsində Qusar rayon Polis Şöbəsinin istintaq bölməsində CM-nin 180-ci maddəsi ilə cinayət işi açılıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
10:59 / 04.01.2023
Qusarın yanacaqdoldurma məntəqəsində SOYĞUNÇULUQ – Saxlanılan var
Hazırda oxunan: Qusarın yanacaqdoldurma məntəqəsində SOYĞUNÇULUQ – Saxlanılan var
Hazırda oxunan: Qusarın yanacaqdoldurma məntəqəsində SOYĞUNÇULUQ – Saxlanılan var
113004
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.