1804-cü ilin 4 yanvarında Cavad xan həlak olub. Çar Rusiyasının işğalçı ordusu ilə sona qədər vuruşan Gəncə xanı sonuncu silahdaşları ilə döyüş meydanında şəhid edilib.
Bəs, 4 yanvarda daha hansı hadisələr baş verib?
1. 4 yanvar 1493-cü illdə Xristofor Kolumbun gəmi karvanı Amerikadan Avropaya yola yola düşüb.
2. 1847-ci ilin 4 yanvarında Samuel Kolt hazırladığı ilk revolveri ABŞ hökumətinə təqdim etdi.
3. İlk appendisit əməliyyatı 1885-ci il yanvarın 4-də ABŞ-ın Loua (Lowa) ştatının Davenport şəhərində doktor Uilyam Uest Qrant (William West Grant) tərəfindən həyata keçirilib.
4. 4 yanvar 1896-cı ildə Yuta ABŞ-ın 45-ci ştatı oldu.
5. Bu gün Myanma xalqının müstəqillik günüdür. 1947-ci ildə Britaniya imperiyasının tərkibindən çıxan Myanma 1948-ci il 4 yanvarda müstəqilliyini elan edib.
6. 4 yanvar 1959-cu ildə SSRİ-də “Luna-1” aparatı Ay ətrafına çatan ilk kosmik apparat oldu.
7. 1967-ci ilin bu günü Cənubi-Şərqi Anadoluda istehsal olunan xam nefti İskenderun Körfezinə daşıyan 490 kilometrlik Batman-İskenderun neft boru xətti xidmətə açılıb.
8. 4 yanvar 1969-cu ildə hər növ irqi ayrı-seçkiliklərin aradan qaldırılması üçün beynəlxalq müqavilə hazırlandı.
9. İçinə gizlədilmiş əsgərlərlə tanınan, Troya şəhərinin ələ keçirilməsini təmin edən, bir çox filmlərin mövzusu olan “Troya atı”nın 12 metrlik bənzəri heykələ çevrilərək 1976-cı ilin 4 yanvar günü Türkiyənin Çanaqqala rayonunun antik Truva şəhərində qoyuldu.
10. 4 yanvar 1986-cı ildə Türkiyənin İstanbul şəhərində Avropa və Asiya qitələrini ikinci dəfə birləşdirən Fatih Sultan Mehmet Körpüsünün tikintisi başladı.
11. 4 yanvar 1990-cı ildə Pakistanın Sindh bölgəsində tarixin ən böyük qatar faciələrindən biri yaşandı: sərnişin qatarı ilə yük qatarı toqquşdu, faciədə 307 adam həyatını itirdi.
12. Səbrə və Şatilla düşərgələrindəki qırğınlarla bağlı fələstinlilər arasında "Qəssab" adlanan İsrailin o zamankı baş naziri Ariel Şaron 2006-cı ilin bu günü beyin qanaması keçirdi və komaya düşdü. Qeyd edək ki, 2000-ci ildə Qüdsdə Hərəmi-Şərifə etdiyi səfər zamanı İkinci İntifadanın başlanmasına səbəb olan Şaron Fələstin torpaqlarını ikiyə ayıran divarı hördürüb.
13. 2010-cu ilin 4 yanvarında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində dünyada ən yüksək göydələn kimi qəbul edilən, hündürlüyü 830 metr olan “Xəlifə bürcü”nün (Burj Khalifa) tikintisi tamamlandı.
4 yanvarda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.
1. 1643-cü ilin bu günü İngiltərənin Vulstorp şəhərində fermer ailəsində məşhur ingilis fiziki, riyaziyyatçısı və teoloqu İsaak Nyuton dünyaya gəlib. Differensial hesablamalar və inteqral hesablamalar, klassik mexanikanın əsas qanunları, Ümumdünya Cazibə Qanunu, optika sahəsində fundamental kəşflər – bütün bunlar Nyuton dühasının bəhrələridir. (1643-1727)
2. Yanvarın 4-ü Azərbaycan ədəbiyyatının görkəmli maarifçilərindən biri, yazıçı-dramaturq və jurnalist Cəlil Məmmədquluzadənin xatirə günüdür.
3. Naxçıvanda anadan olan (1866) Mirzə Cəlil 1932-ci ilin bu günü Bakıda 66 yaşında dünyasını dəyişib. Onun hekayə və felyetonları, “Ölülər” komediyası Azərbaycan satirik ədəbiyyatı, təsisçisi və naşiri olduğu “Molla Nəsrəddin” jurnalı isə Azərbaycan jurnalistikası tarixində əvəzsiz yer tutur. Bu jurnal bütün Yaxın və Orta Şərqdə, xüsusilə, İran və Türkiyədə ədəbi-ictimai fikrin inkişafına mühüm təsir göstərib. (1866 – 1932)
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:00 / 04.01.2023
BİZİM TƏQVİM: 4 yanvarda dünyada nələr olub?
Hazırda oxunan: BİZİM TƏQVİM: 4 yanvarda dünyada nələr olub?
Hazırda oxunan: BİZİM TƏQVİM: 4 yanvarda dünyada nələr olub?
112971
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.