DəmirBank müştəri hüquqlarını qorumağa davam edir...

DəmirBank müştəri hüquqlarını qorumağa davam edir...

Hazırda oxunan: DəmirBank müştəri hüquqlarını qorumağa davam edir...

112870
DəmirBank ödəniş vasitəsindən asılı olmayaraq müştərilərin 19 və 20 dekabr tarixlərində dollarla kredit ödənişlərinin məzənnə itkilərini öz üzərinə götürüb. 

Belə ki, 19 və 20 dekabr tarixlərində aparılan ödənişlər dolların köhnə məzənnəsi ilə hesablanacaq.

Həmçinin, DəmirBank məzənnənin dəyişməsi nəticəsində kart sahiblərinin məruz qala biləcəyi itkilərin qarşılanması məqsədilə, dəyişiklik elan olunanadək xarici valyutada əməliyyat həyata keçirmiş müştəri hesablarından məbləğ silinərkən devalvasiyadan əvvəlki məzənnənin əsas götürülməsinə qərar verib. Güzəştlər həm kredit, həm də debit kartlarına şamil olunur.

DəmirBank daim müştərilərin maraqlarının və hüquqlarının qorunması öhdəliyinə sadiqdir. Bunun sübutu kimi, DəmirBank ABŞ-ın nüfuzlu “Smart Campaign”x9d təşkilatı tərəfindən “Müştəri Mühafizəsi Sertifikatına”x9d layiq görülmüşdür. Bank bir çox qayda və prosedurlara dəyişiklik edərək hazırda “Smart Campaign”x9d təşkilatının 95 standartının hamısına cavab verir. Bu iş bəzi hallarda müştərilərin xeyrinə gəlirlərdən imtina etmək hesabına başa gəlsə də, müştəri məmnuniyyəti və maraqları daha üstün tutulur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO