Qax şəhərində piyadanı maşın vurdu

Qax şəhərində piyadanı maşın vurdu

Hazırda oxunan: Qax şəhərində piyadanı maşın vurdu

112853

Qax şəhərində yol qəzası baş verib, axşam saatlarında şəhər ərazisində piyadanı maşın vurub. 

Bizim.Media-nın məlumatına əsasən, 40 yaşlı Qax şəhər sakini Həmid Hümbətov yolu keçmək istəyərkən “Nissan” markalı minik avtomobili tərəfindən vurulub.  

Yaralı sürücü tərəfindən digər avtomobil vasitəsi ilə Qax rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Zərərçəkmiş piyadaya ilkin tibbi yardım göstərildikdən sonra əməliyyata götürülüb. Həkimlər Həmid Hümbətova sağ aşağı ətrafın bud sümüyünün sınığı dioqnozu qoyub.  

Xəstəxanadan bildirilib ki, yol qəzasında xəsarət alan piyada Həmid Hümbətov cərrahi əməliyyatdan sonra müalicəsini xəstəxananın cərrahiyyə şöbəsində davam etdirir. Həyatı üçün təhlükə yoxdur.  

Faktla bağlı Qax rayon polis şöbəsində araşdırma başlanılıb.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO