\

\"Sizə bir ömür borcluyuq\"- Balakən şəhidlərindən bəhs edən kitab TƏQDİM EDİLDİ - FOTO 

Hazırda oxunan: \"Sizə bir ömür borcluyuq\"- Balakən şəhidlərindən bəhs edən kitab TƏQDİM EDİLDİ - FOTO 

112829

Balakən Gənclər Evində şəhidlərin əziz xatirəsinə həsr olunmuş "Sizə bir ömür borcluyuq" adlı kitabın təqdimat mərasimi keçirilib.  

Bu barədə Bizim.Media-nın yerli bürosuna Balakən Gənclər Evinin rəhbəri Tale Şahverdiyev məlumat verib. 

Rayon gəncləri, ziyalılar, şəhid ailə üzvləri və qazilərin qatıldığı təqdimat mərasimindən əvvəl Vətənimizin azadlığı uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Gənclər evinin rəhbəri Tale Şahverdiyev Vətən müharibəsi günlərində bütün ölkəmizdə olduğu kimi Balakən gənclərinin də könüllü olaraq döyüşlərə qatıldığını, düşmənə qarşı mərdliklə vuruşduğunu diqqətə çatdırıb.  
"Sizə bir ömür borcluyuq" kitabını qələmə alaraq ərsəyə gətirən müəlliflər Şöyüb Mikayılov və Nəfisət Vahid Balakən şəhidlərinin keçdiyi uğurlu döyüş yolundan, düşmən qarşısında məğrur duruşlarından və qərəmancasına şəhidlik zirvəsinə ucalmalarından bəhs edib. Müəlliflər hər bir şəhidin keçdiyi döyüş yolunu qəhrəmanlıq dastanı adlandırıb.  

Təqdimat mərasiminə qatılanlar şəhidlərin ölməz ruhunun yaşadılması, onların keçdiyi qəhrəmanlıq yolunun yaşdılması üçün belə kitabların yazılmasının vacibliyini qeyd edib.  

Daha sonra imza mərasimi keçirilib, şəhid ailə üzvlərinə və qazilərə kitablar hədiyyə olunub.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO