Bakıda binadakı partlayış səbəbindən qaz təminatı tam dayandırılıb – RƏSMİ - VİDEO

Bakıda binadakı partlayış səbəbindən qaz təminatı tam dayandırılıb – RƏSMİ - VİDEO

Hazırda oxunan: Bakıda binadakı partlayış səbəbindən qaz təminatı tam dayandırılıb – RƏSMİ - VİDEO

112821

"Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış nəticəsində daha üç mənzilə və liftin şaxtasına da ziyan dəyib, qaz təminatı tam dayandırılıb". 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev jurnalistlərinə açıqlaması zamanı bildirib. 

“Hazırda "Azəriqaz" aid olan məsələlərlə bağlı işlər yerinə yetirilir. Binada təhlükəsizlik qaydalarına tam əməl olunduqdan və kəmərlər yoxlanıldıqdan sonra Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırıldıqdan sonra binaya qazın verilişi bərpa olunacaq.

İlkin olaraq, ehtimal edirik ki, hadisə qaz sızmasından baş verib. Hadisə zamanı digər üç mənzilə və liftin şaxtasına da ziyan dəyib", - deyə “Azəriqaz”ın Baş direktoru qeyd edib. 

Qeyd edək ki, bu gün Binəqədi rayonu Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verib. Nəticədə bir nəfər ölüb, iki nəfər isə xəsarət alıb. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO