Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Bakıda çoxmərtəbəli yaşayış binasında partlayışın baş verdiyi əraziyə gedib.
Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Qeyd edək ki, Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verib.
İlkin məlumata əsasən, onsəkkizmərtəbəli yaşayış binasının onsəkkizinci mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzildə, ilkin ehtimala əsasən, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayış baş verib.
Nəticədə, ilkin məlumata əsasən, 1 nəfər həlak olub, 2 nəfər xəsarət alıb, mənzilə ciddi ziyan dəyib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:15 / 02.01.2023
Fövqəladə hallar nazirinin müavini partlayış baş verən əraziyə GETDİ
Hazırda oxunan: Fövqəladə hallar nazirinin müavini partlayış baş verən əraziyə GETDİ
Hazırda oxunan: Fövqəladə hallar nazirinin müavini partlayış baş verən əraziyə GETDİ
112819
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.