Qəbələdə şəhid ailəsi üçün yeni ev tikilib - FOTO 

Qəbələdə şəhid ailəsi üçün yeni ev tikilib - FOTO 

Hazırda oxunan: Qəbələdə şəhid ailəsi üçün yeni ev tikilib - FOTO 

112785

Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş Qəbələ şəhər sakini Elməddin Mustafayevin ailəsinə yeni tikilmiş fərdi yaşayış evi təqdim edilib.  

Bizim.Media-nın yerli bürosu bildirir ki, yeni mənzilin açarları şəhidin ailə üzvlərinə verilib.

Bu münasibətlə təşkil edilən mərasimdə rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri iştirak edib. 

Tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədr müavini Zaur İsmayılov, Qəbələ rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev və digərləri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbədən, qəhrəmanlıqla döyüşən əsgərlərimizin şücaətindən, şəhid ailələri və qazilərə dövlət tərəfindən göstərilən qayğıdan danışıb, şəhidlərə Allahdan rəhmət, onların valideynlərinə səbr diləyib, qazilərə can sağlığı arzulayıblar.  

Şəhidin valideynləri onlara göstərilən diqqət və qayğıya görə Ali Baş komandana minnətdarlıqlarını bildirib.  

Daha sonra mənzildəki şəraitlə tanışlıq olub, şəhidin ailə üzvlərinin qayğıları ilə maraqlanıblar.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO