Pullu yol BU TARİXDƏ istifadəyə veriləcək - ÖZƏL

Pullu yol BU TARİXDƏ istifadəyə veriləcək - ÖZƏL

Hazırda oxunan: Pullu yol BU TARİXDƏ istifadəyə veriləcək - ÖZƏL

112770

"Bakıdan Rusiya sərhədinə çəkilən yeni yol bu ilin mayında istifadəyə veriləcək”. 

Bu sözləri Bizim.Media-ya özəl olaraq millət vəkili Vahid Əhmədov deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Yolların vaxtından əvvəl dağılmasına görə niyə heç kim məsuliyyət daşımır? – RƏSMİ AÇIQLAMA


Deputat bildirib ki, pullu yolun açılması ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi ilə söhbət edib: 

“Agentlikdən mənə dedilər ki, yolun tamamlanması üçün son mərhələ işləri görülür. Bütün məsələlər dəqiqiliklə bir daha nəzərdən keçirilir ki, yol açıldıqdan sonra hər hansı problem yaranmasın”.

Vahid Əhmədov yolun açılışının Ümummilli lider Heydər Əliyevin 100 illik yubley günlərinə təsadüf edəcəyini bildirib: 

“Mən də hesab edirəm ki, bu çox gözəl bir tədbir olacaq və həmin günlər üçün xalqımıza hədiyyə ediləcək. Ulu öndər həmişə xalqımızın rifahını düşünüb, onun 100 illiyində belə bir böyük layihənin tamamlanaraq açılışı tam yerinə düşər”.

Deputat sonda onu da qeyd edib ki, bu günlərdə bərpadan sonra istifadəyə verilən Bakı-Quba yolunun qalan 3 km-lik hissəsi də yanvarın 10-dək tam hazır olacaq.

“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin bu yolda gecə-gündüz çalışır, keyfiyyətli iş görürlər. Agentliyin sədri Saleh Məmmədov, birinci müavini Əvəz Qocayev tez-tez işin keyfiyyətli aparılmasına yerində nəzarət edirlər".

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO