BİZİM TƏQVİM: Tarixin bu günü harada nələr baş verib?

BİZİM TƏQVİM: Tarixin bu günü harada nələr baş verib?

Hazırda oxunan: BİZİM TƏQVİM: Tarixin bu günü harada nələr baş verib?

112722

1979-cu ilin 2 yanvar tarixində Türkiyə və Amerika arxeoloqlarının beş illik birgə araşdırması nəticəsində dünyanın ilk müsəlman gəmisinin qalıqları Egey dənizində tapıldı.

Bəs, bu gün daha hansı hadisələr baş verib?

1.  1788-ci ilin bu günündə Corciya ABŞ-ın dördüncü ştatı olub.

2.  2 yanvar 1833-cu il tarixdə 2 ingilis gəmisi Britaniyanın Folklend adaları üzərində Britaniyasuverenliyini təsdiqləmək üçün adaya səmt alıb.

3. 1839-cu ilin 2 yanvarında İlk fotoşəkilin dəqiq hansı tarixə aid olduğu bilinməsə də, Ay peyki ilk dəfə 1839-cu ildə fransız fotoqraf Lui Daqer (Louis Daguerre) tərəfindən çəkilib.  

4. 1905-ci ilin 2 yanvarı Rusiya-Yaponiya müharibəsində Çinin Rusiyadakı hərbi bazası olan “Port Arthur” admiral Heihaçiro Toqonun əmri ilə Yaponiya donanmasına təslim edildi. Məğlubiyyətlər seriyası Rusiya imperiyasının dağılması və 1905-ci il inqilabının qapısını açmağa səbəb oldu.

5. 1920-ci il yanvarın 2-də Rusiyanın Xarici İşlər naziri Georgi Çiçerin Azərbaycan və Gürcüstan hökumətlərinə nota ilə müraciət edərək Denikin ordusuna qarşı birgə mübarizə aparmaq üçün hərbi saziş bağlamağı təklif etdi. Lakin bu təklif səmimi niyyətlərdən irəli gəlməyib, Azərbaycan və Gürcüstan hökumətlərini zəiflətmək məqsədi daşıyırdı.

6.  2 yanvar 1942-ci ildə ll Dünya Müharibəsi çərçivəsində Manila Yaponiya tərəfindən işğal olunub.

7. Adamların müəyyən edilməsi üçün adlardan sonra dini, ictimai, ailəvi ünvanların istifadə edildiyi Türkiyədə 21 iyun 1934-cü ildə qanuni dəyişikliyə gedilərək Soyad Qanunu çıxarıldı. Qanun 1936-cı ilin 2 yanvarında qüvvəyə mindi.

8. 1959-cu ilin bu günü Ay peykinin hüdudlarına çataraq Günəşin orbitinə daxil olan “Luna 1” SSRİ tərəfindən fəzaya buraxıldı. “Luna 1” Günəş ətrafında orbitə daxil olan ilk peyk idi.

9. 1975-ci ilin 2 yanvarından Türkiyə radioları TRT 1, TRT 2 və TRT 3 adıyla üç kanaldan yayımlanmağa başladı.

10. 1979-cu ilin 2 yanvar tarixində Türkiyə və Amerika arxeoloqlarının beş illik birgə araşdırması nəticəsində dünyanın ilk müsəlman gəmisinin qalıqları Egey dənizində tapıldı.

11. 1980-ci ilin 2-5 yanvar tarixləri arasında İranda ilk prezident seçkiləri keçirilib.

12. 1993-cü ilin 2 yanvarında Türkiyə Silahlı Qüvvələri BMT-nin çağırışı ilə vətəndaş müharibəsi və aclıq fəlakətinin hökm sürdüyü Somaliyə getdi. Koreyadan 43 il sonra Türkiyə ikinci dəfə xarici torpaqlara ayaq basdı.  

13.  2 yanvar 1993-cü ildə Evronews telekanalı yayıma başladı.

Bəs, bu gün kimlər xatırlanır?

1.  1939-cu ilin bu günündə gözəl nəğmələrin ifaçısı Nazim Ağayev dünyaya göz açıb.

2.  2 yanvar 1943-cü ildə tanınmış bəstəkar və müğənni Barış Manço anadan olub.

3.  Milli Qəhrəman Polad Həşimov 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində doğulub.  25 iyun 2019-cu ildə Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilmiş, daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunub.  14 iyul 2020-ci ildə Tovuz rayonu istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən şəhid olub.

Bununla da Polad Həşimov İsmət Qayıbov və Məhəmməd Əsədovdan sonra, 1988-ci ildən etibarən başlayan Qarabağ müharibəsində həlak olan üçüncü Azərbaycan generalı olmuşdur. Ailəli idi. Üç övladı yadigar qalıb. Azərbaycan Prezidentinin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə general-mayor Polad Həşimov Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO