Kürdəmirdə şəhidlərin ordenləri onların ailə üzvlərinə təqdim edildi - FOTO

Kürdəmirdə şəhidlərin ordenləri onların ailə üzvlərinə təqdim edildi - FOTO

Hazırda oxunan: Kürdəmirdə şəhidlərin ordenləri onların ailə üzvlərinə təqdim edildi - FOTO

112701

Kürdəmirdə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il ərəfəsində 2-ci Qarabağ müharibəsində qəhərmancasına həlak olmuş şəhidlərin ordenləri onların ailə üzvlərinə təqdim edilib.

Bizim.Media xəbər verir ki, Kürdəmir rayon icra hakimiyyətinin inzibati binasında reallaşan tədbirdə icra başçısı Elxan İbrahimov şəhid ailələrini bayram münasibətilə təbrik edərək onları maraqlandıran sualları cavablandırıb.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Daha sonra rayon icra hakimiyyətinin başçısı Elxan İbrahimov Prezident İlham Əliyevin 2022-ci ilin 5 noyabr tarixində təltif etdiyi Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş Kürdəmir rayon şəhidlərinin “3-cü dərəcəli Vətənə xidmətə görə” ordenlərini onların  ailə üzvlərinə təqdim edib.
Təltif edilmiş şəhid hərbçilərin siyahısı:

Hüseynov Fərrux Baxış - baş leytenant

Quliyev Ramil Nuralı - baş gizir

Həşimli Cəmil Əflatun - gizir

Məmmədov Əli Əvəz - kiçik çavuş

Əliyev Adəm İlqar – MAHHXHQ əsgər

Bayramov Səid Eldəniz - əsgər

Əhmədov İlqar Xəqani - əsgər

Səlimov Şiralı Vüqar - əsgər

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Aqil Əsədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO