Xaçmazda tezalışan vasitələrin gizli satışı ilə məşğul olan şəxs SAXLANILDI – FOTO 

Xaçmazda tezalışan vasitələrin gizli satışı ilə məşğul olan şəxs SAXLANILDI – FOTO 

Hazırda oxunan: Xaçmazda tezalışan vasitələrin gizli satışı ilə məşğul olan şəxs SAXLANILDI – FOTO 

112624

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə rayon ərazisində pirotexniki və tezalışan vasitələrin gizli şəkildə satışını həyata keçirən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Şəhriyar Məmmədseyidov istifadəsində olan “Priora” markalı avtomobillə səyyar şəkildə pirotexniki vasitələri satarkən polis əməkdaşları tərəfindən iş başında yaxalanıb.

Həmin nəqliyyat vasitəsinə baxış keçirilərkən oradan külli miqdarda partlayıcı maddələr və pirotexniki vasitələr aşkarlanıb.

Şəhriyar Məmmədseyidovun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO