Qoşqusunda xarici markalı avtomobillər daşıyan yük maşını QƏFİL alışdı - FOTO 

Qoşqusunda xarici markalı avtomobillər daşıyan yük maşını QƏFİL alışdı - FOTO 

Hazırda oxunan: Qoşqusunda xarici markalı avtomobillər daşıyan yük maşını QƏFİL alışdı - FOTO 

112610

Kürdəmirdə hərəkətdə olan yük maşını anidən alışıb.

Bizim.Media xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qocayev Aydın Qoca oğlu “Mercedes” markalı yük maşını ilə həmin istiqamətdə hərəkətdə olarkən avtomobilin mühərrik hissəsində anidən yanğın başlayıb.

Əvvəlcə sürücü baş verən yanğını söndürməyə cəhd etsə də buna nail ola bilməyib.

Dərhal əraziyə FHN-nin Kürdəmir rayon dövlət Yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və geniş əraziyə yayılmasının qarşısı alınıb. Yanğına səsəb isə avtomobilin elektrik naqillərində yaranan qısa qapanma göstərilir.
Hazırda faktla bağlı araşdırma aparılır.

Aqil Əsədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO