ANAMA: Azad edilmiş ərazilərdə 41 hektardan artıq ərazi minalardan TƏMİZLƏNİB

ANAMA: Azad edilmiş ərazilərdə 41 hektardan artıq ərazi minalardan TƏMİZLƏNİB

Hazırda oxunan: ANAMA: Azad edilmiş ərazilərdə 41 hektardan artıq ərazi minalardan TƏMİZLƏNİB

112605

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə illik məlumat yayıb.

ANAMA-dan Bizim.Media-ya verilən xəbərə görə, bu ilin yanvar-dekabr ayı ərzində Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 8 780, tank əleyhinə isə 4 133 mina və 14 950 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Beləliklə, 41 915.77 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO