BİZİM TƏQVİM: Bu gün müsəlmanlar Məkkəyə döndülər

BİZİM TƏQVİM: Bu gün müsəlmanlar Məkkəyə döndülər

Hazırda oxunan: BİZİM TƏQVİM: Bu gün müsəlmanlar Məkkəyə döndülər

112597

Vaxtları dilimlərə bölmək - saniyələri dəqiqələrə, dəqiqələri saatlara, saatları günlərə, günləri aylara, ayları illərə ayırmaq təbiətdəki canlılar arasından yalnız insana məxsusdur. Buna görə də bəşər övladı günü, ayı, ili bir araya sığdırmaq üçün təqvim icad etdi. Dünyanın ayrı-ayrı qitələrində ayrı-ayrı insanlar tərəfindən müxtəlif təqvimlər yarandı.

Əksər xalq və dövlətlərin hələ də istifadə etdiyi Jülyen, yəni Miladi təqvimi eramızdan əvvəl 45-ci ilin 1 yanvarından qəbul olunub. Hicri təqvimindən istifadə edən Türkiyə isə 1925-ci ildən Miladi təqvimə keçib və 1936-cı ildən yeni ilin ilk günü tətil elan edilib.

Bəs, 1 yanvarda daha hansı hadisələr baş verib?

1. 630-cu ilin 1 yanvarında Məhəmməd peyğəmbərin başçılığı ilə müsəlmanlar Məkkə şəhərini döyüşsüz ələ keçirdilər.

2. 1 yanvar 1801-ci ildə İrlandiya Krallığı Böyük Britaniya Krallığı ilə formal olaraq birləşdi.

3. 1808-ci ilin 1 yanvarından etibarən ABŞ-a qulların gətirilməsi qadağan edildi.

4. 1929-cu il. sovet hökumətinin ərəb əlifbasından istifadəyə qadağa qoyması ilə Azərbaycanda latın qrafikalı əlifbaya keçilib. Bu hadisə Azərbaycanda savadsızlığın ləğvində mühüm rol oynayıb. Lakin Türkiyə Cümhuriyyətində də latın qrafikalı əlifbaya keçilməsi və bunun nəticəsində SSRİ-də və xaricdə yaşayan türk xalqları arasında mədəni əlaqələrin güclənməsindən ehtiyatlanan sovet imperiyası Azərbaycan əlifbasını yenidən dəyişdirmək qərarına gəldi. 1940-cı il yanvarın 1-dən Azərbaycanda kiril qrafikalı əlifbaya keçmək haqqında qərar qəbul olundu.

5. 1934-cü il yanvarın 1-də Azərbaycanda həftəlik “Ədəbiyyat qəzeti”nin ilk sayı çapdan çıxdı. O vaxtlar bu qəzetdə Hüseyn Cavid, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Səməd Vurğun, Rəsul Rza kimi yazıcı və şairlər əməkdaşlıq edirdilər.

6. 1940-cı ilin 1 yanvarında Azərbaycan Respublikası latın əlifbasından kirilə keçdi.

7. 1959-cu ildə Kubada diktator Fulxensio Batista (Fulgenico Batista) yeni ilin ilk saatlarında paytaxt Havanadan qaçdı.  Fidel Kastronun (Fidel Castro) rəhbərliyi altında olan silahlı qruplar Çe Qevaranın (Che Guevara) başçılığı ilə Havanaya girdi. Ölkənin fəhlə və kəndliləri Kastronun çağırışına səs verərək ümumi tətilə başladılar.

8. 1 yanvar 1987-ci ildə Çindəki kommunist rejiminə qarşı geniş tələbə hərəkatı başladı.  Paytaxt Pekindəki Tiananmen meydanında toplanan və polis dəhlizini zorakılıq olmadan qıran təxminən 3 min tələbə "Azadlıq və demokratiya" tələbiylə hərəkətə keçdi. Polisin müdaxiləsiylə meydandan uzaqlaşdırılan fəal tələbələrdən bir qismi həbs olundu. 

9. 1993-cü il. Euronews telekanalı Fransanın Lion şəhərində yayıma başlayıb. Tamaşaçı sayı baxımından Euronews Avropa qitəsinin ən çox izlənilən xəbər kanalıdır. Kanalda Avropa və dünyadan xəbərlər 30 dəqiqəlik aralarla efirə gedir. Verilişləri 10 dildə yayımlanır.
10. 1995-ci il. Dünya Ticarət Təşkilatı yaradılıb. Təşkilatın dünya ticarətinin 97 faizdən çoxunu əhatə edən 160 üzvü var. Ticarət sazişlərinin idarə edilməsi, ticarət mübahisələrinin həlli, milli ticarət siyasətlərinin nəzərdən keçirilməsi, texniki yardım və treninq proqramları vasitəsilə inkişaf edən ölkələrə iqtisadi siyasət məsələlərində dəstək göstərilməsi kimi funksiyaları var.

11. 2002-ci ilin 1 yanvarı Hollandiyada evtanaziya tətbiqilə bağlı qərar qəbul edildi. Bununla da Hollandiya sağalmaz (ölümcül) xəstəlikdən əziyyət çəkən insan və ya heyvana həyatlarını sona çatdırma haqqı verən ilk ölkə oldu.*

1 yanvarda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

1. Bu gün Azərbaycanda XX əsrin neft ustası kimi tanınan Ağa Nemətullanın xatirə günüdür.    1896-cı ildə Cənubi Azərbaycanın (İran) Sərab şəhərində dünyaya gələn Ağa Nemətulla sonralar çalışmaq üçün Bakıya gəlib. 1915-ci ildən Ramana neft mədənlərində işləməyə başlayıb.1958-ci ilin 1 yanvarında 62 yaşında vəfat edib. (1896-1958)

2. 1 yanvar 1937-ci ildə tanınmış aktyor, Əməkdar Artist Eldəniz Zeynalov anadan olub (1937-2002-ci il). Tеatr və kinоda, tеlеviziya və radiо tamaşalarında, "Mоzalan" satirik kinojurnalının bir çох süjеtlərində o yaddaqalan оbrazlar yaradıb. "Əhməd haradadır", "Bir cənub şəhərində", "Bəyin oğurlanması", "Bizim Cəbiş müəllim", "Qonşu qonşu olsa", "O qızı tapın", "Yaramaz", "Yeddi oğul istərəm", "Yol əhvalatı" filmlərində oynadığı rollarla tamaşaçı sevgisi qazanıb.

3. 1952-ci ilin bu günündə dünya şöhrətli müğənni İbrahim Tatlısəs dünyaya gəlib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO