Bu il ictimai nəqliyyatdan istifadə edənlərin sayı ARTDI – 13% 

Bu il ictimai nəqliyyatdan istifadə edənlərin sayı ARTDI – 13% 

Hazırda oxunan: Bu il ictimai nəqliyyatdan istifadə edənlərin sayı ARTDI – 13% 

112530

2022-ci ildə həyata keçirilmiş tədbirlər nəticəsində bütün çətinliklərə baxmayaraq ictimai nəqliyyata etimad artaraq daşımaların həcmi 13% çoxalıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli şəxsi “Facebook” hesabında məlumat verib.

V.Kərimli bildirib ki, bu il xidmət keyfiyyətinin artırılması məqsədilə yeni 255 avtobus sərnişinlərin istifadəsinə verilib, parkın yenilənməsi 61%-ə çatıb:

"Yeni 8 marşrut xətti nəticəsində daha 30 minə yaxın vətəndaşımızın ictimai nəqliyyata əlçatanlığı təmin edilib. Sektorda şəffaflaşma tədbirləri davam edib və nağdsız səyahətlərin sayı 61%-ə çatıb. Gündəlik orta hesabla 1.100.000 sərnişin nağdsız ödəniş sistemindən istifadə edir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO