Yazıçı-şair Əjdər Ol (Əjdər Cəbiyev) ötən həftənin cümə günü saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu haqda Əjdər Olun qardaşı Şahəli Cəbiyev məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Sabiq naziri nə qədər həbs gözləyir? – “Əmlakları müsadirə ediləcək”
Xatırladaq ki, Əjdər Ol vaxtilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparat rəhbəri işləyib.
Ötən həftə S. Müslümov saxlanılıb və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Əjdər Ol Səlim Müslümovla uzun müddət birgə işləyib və onun yaxın adamlarından biri kimi tanınıb.
Bizim.Media