Vilayət Eyvazov polkovniki nöqsanlarına görə vəzifəsindən azad etdi - Yeni TƏYİNAT

Vilayət Eyvazov polkovniki nöqsanlarına görə vəzifəsindən azad etdi - Yeni TƏYİNAT

Hazırda oxunan: Vilayət Eyvazov polkovniki nöqsanlarına görə vəzifəsindən azad etdi - Yeni TƏYİNAT

112480

Daxili İşlər Orqanlarında növbəti kadr dəyişikliyi baş tutub. 

Bizim.Media “Manset.az”a istinadla xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət İbayev tutduğu vəzifəsindən azad olunub.  

Nazirin digər əmri ilə polis polkovnik-leytenantı Elşən Zamanov Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi təyin edilib. Rüfət İbayevin işində yol verdiyi nöqsanlarına görə vəzifəsindən azad olunduğu bildirilib. 
Qeyd edək ki, R. İbayev bir müddət bundan əvvəl Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi vəzifəsindən azad olunaraq Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi təyin edilmişdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO