Bayram ərəfəsi Xaçmazda 6 uşaqlı tək qadına mənzil hədiyyə olundu - FOTO

Bayram ərəfəsi Xaçmazda 6 uşaqlı tək qadına mənzil hədiyyə olundu - FOTO

Hazırda oxunan: Bayram ərəfəsi Xaçmazda 6 uşaqlı tək qadına mənzil hədiyyə olundu - FOTO

112476

Aygün Rəhimov avtomobil qəzasında həyat yoldaşını itirdikdən sonra çox ağır sıbnaqlardan keçməli oldu. Bir tərəfdə həyatını bağladığı ömür-gün yoldaşının yoxluğu, bir tərəfdə isə ondan yadigar qalan 6 uşaq. Bir qadın üçün bu həyatının ən ağır sınağı idi.

Aygün Rəhimova doğulub boya-başa çatdığı Xaçmazın Yergüc kəndindən kənara çıxmadan indi bu 6 uşağın həm anası, həm də atası olmalı idi. O, bütün əziyyətlərə qatlaşıb onları böyütməyi özünə ən vacib vəzifə elədi. 

Amma həyat şərtlərinin çox ağır olduğunu hamımız yaxşı bilirik. Bu böyüklükdə külfəti bir qadın canına bir tərəfə çıxarmaq taleyin zillətidir.

Uşaqlardan ən kiçiyinin indi 4 yaşı var. Ailənin sosila təminatı çox aşağıdır. Ananın dövlətdən aldığı müavinət, qazandığı qəpik-quruş ancaq uşaqların qarnını görür. O da hələ mükəmməl sayılmaz.

Rəhimovalar ailəsinin bu ağır vəziyyəti rayonun iş adamlıarından biri olan Cavid Balaqdaşovun gözündən yayınmır. Qərara alır ki. Bu 6 kimsəsiz balanı isti yuva ilə təmin eləsin. Qısa müddətdə işin qulpundan yapışıb evi tikdirir.

Evin açarı Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ərəfəsində Rəhimovlar ailəsinə təqdim olunur. Sahibkar evin açarlarını tqədim edərkən ailəni əmin edir ki, həmişə dövlətimizlə bərabər yanlarında olacaq. Onların qayğıları ilə maraqlanacaq.  
Sahibkar Cavid Balaqadaşov evin ailəyə təqdim olunması mərasimində bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda sahibkarlığın inkişafı üçün hər cür şərait yaradılıb. Bu gün ölkə iqtisadiyyatında sahibkarların rolunun artırılmasına xüsusi diqqət yetirilir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının uğurlu icrası ölkəmizin davamlı inkişafına, xüsusilə də sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə əlverişli şərait yaradıb.

Sahibkarlar da öz növbəsində onlara yaradılan şəraitdən bəhrələnərək bizneslərini genişləndirir, eyni zamanda sosial təminatı aşağı olan vətəndaşlarımıza dəstək aksiyalarında fəal iştirak edirlər:

“Bu cür addımlar bizim dövlətimiz, xalqımız və şəxsən Cənab Prezidentimiz qarşısında mənəvi borcumuzdur. Hamımız çalışmalıyıq ki, Allahın bizə əta eləyindən ətrafımızdakılara da pay düşsün. Götürün bu açarları, şad-xürrəm, könül xoşluğu ilə yaşayın. Anlayın ki, qüdrətli dövlətimiz var və belə güclü dövlətin hər bir adamı da xeyirxahlıq etmək gücünə malikdir”. 

İkiqat bayram sevincini yaşayan Aygün Rəhimova xeyirxah təşəbbüsə görə həm dövlətimizə, həm də sevincini paylaşan hər kəsə minnətdarlığını ifadə edib.

Bu hadisə hər kəsin ürəyinə əlavə fərəh gətirib, çünki Aygün Rəhimova 6 balası ilə bu bayramı isti, geniş bir evdə şad-mehriban qeyd edəcək. 

Bayramınız mübarək, sevincimiz və həmrəyliyimiz əbədi olsun!

Aytəkin Alxaslı, Bizim.Media















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO