Belə uşağı döyməyəsən, neyləyəsən? – Müəllimlərin dərsə PSİXOLOJİ HAZIRLIĞI

Belə uşağı döyməyəsən, neyləyəsən? – Müəllimlərin dərsə PSİXOLOJİ HAZIRLIĞI

Hazırda oxunan: Belə uşağı döyməyəsən, neyləyəsən? – Müəllimlərin dərsə PSİXOLOJİ HAZIRLIĞI

112455

Müəllim obrazı təkcə bilik öyrədən şəxs kimi yox, eyni zamanda davranışı, mövqeyi ilə örnək olan şəxs kimi xarakterizə edilir. Son on ildə bu obrazı müəyyən qədər gözdən salmağa çalışan bir çox tendensiyaların şahidi oluruq. Vaxtilə “əti sənin, sümüyü mənim” fikri ilə övladını müəllimə əmanət edən valideynlərin yerini indi “müəllim uşağıma əl qaldıra bilməz” fikrini əsas tutan ana-atalar əvəzləyiblər. 

“Mənim uşağımın mental sağlamlığı hər şeydən əvvəldir” deyən valideynlər “sən bir uşağı tərbiyə edə bilmirsən, müəllim bir sinifdə 30-40 şagirdlə necə bacarsın? O da insandır, sinirləri var” söyləyənləri qəti şəkildə iqnor edirlər. 

Belə olduğu halda müəllim sinifdə emosiyaların necə cilovalamalı, sinifi necə ələ almağı bacarmalıdır? 

Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil eksperti Qoşqar Məhərrəmov söyləyib ki, burada əsas məsələ müəllimin sinfi idarəetmə bacarığının, biliyinin olmasıdır: 

“Təbii ki, bu məsələdə müəllimin emosional tarazlığı da rol oynayır. Müəllim emosional cəhətdən sağlam olmalıdır ki, arzuolunmaz vəziyyətlər yaşananda vəziyyəti ələ ala bilsin”.

Ekspert bildirib ki, sinifi idarə etməyin özü fənn olaraq ali məktəblərdə tədris edilməlidir: 

“Sinifi idarə etmək özü bir fənn olaraq xarici universitetlərdə tədris edilsə də, Azərbaycanın ali məktəblərində keçirilmir. Bu təlim adı altında müəyyən qurumlar tərəfindən təklif olunub və bir qisim müəllimlər də orada iştirak ediblər. Lakin bu təlimlər çox qısamüddətli olduğundan müəllimlər təhtəlşüurlarını dəyişdirə bilmirlər.

Məlumdur ki, təhtəlşüur şüurdan çox güclüdür. Onların təhtəlşüurundakı müəllim obrazı orta məktəb müəllimləridir. Onu dəyişdirib başqa bir müəllim yaratmaq çox çətindir. Buna görə müəllimi də qınamaq olmur. Nəticədə emosional durum olanda şüur altı insanı ələ keçirir. Ona görə həmin məqamlarda müəllimlərimiz mənfi davranış göstərir, uşağı cəzalandırır, döyməmək üçün özünü güclə saxlayır, əks halda isə fiziki şiddət belə göstərirlər”.

Qoşqar Məhərrəmov bunun üçün müəllimlərin nə etməli olduqlarından da danışıb:

“Müəllim, əvvəla, sinifdə əsəbləşməyəcəyi üçün özünü psixoloji olaraq hazırlamalıdır. İkincisi, sinif üçün qaydalar hazırlanıb divara asılmalıdır. Şagirdlərin iştirakı ilə davranışların proseduru hazırlanmalıdır. Bu zaman sinifi idarə etmək daha asan olur. Amma bu, o demək deyil ki, sinifdə heç bir problem olmur. Yenə də sinifdə problemlər ola bilər. Sadəcə mənfi davranışlar azalır, müsbət davranışlar çoxalır. Neqativ hallar olduqda isə müəllim əsəbiləşmir”. 

Aləmdə Nəsib, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO