Bakıda daha bir metro stansiyası açılacaq

Bakıda daha bir metro stansiyası açılacaq

Hazırda oxunan: Bakıda daha bir metro stansiyası açılacaq

112443

Bənövşəyi xəttin yeraltı dördüncü stansiyası olan "B4" 2024-cü ildə açıla bilər. 

Bizim.Media xəbər verir ki, bunu apa.az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib. 

O bildirib ki, dəqiq tarix növbəti ildə işlərin hansı səviyyədə icra olunmasından asılıdır. 

"Dördsəviyyəli olan stansiyanın iki səviyyəsinin inşası başa çatdırılıb. 2023-cü ilin sonuna qədər digər səviyyələrin də inşası tamamlanacaq. Həmçinin infrastrukturun qurulması və təchizatla bağlı əsas işlər də gələn il görüləcək" - deyə o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO