“Əsas məqsədimiz Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtmasıdır” – Əziz Ələkbərli 

“Əsas məqsədimiz Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtmasıdır” – Əziz Ələkbərli 

Hazırda oxunan: “Əsas məqsədimiz Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtmasıdır” – Əziz Ələkbərli 

112410

“Dekabrın 24-də Azərbaycan və dünya ictimaiyyəti Prezidentin növbəti qətiyyətli, gələcəyə hesablanmış addımına şahid oldu”.

Bizim.Media
xəbər verir ki, bu fikrləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli səsləndirib.

“Prezident çıxışında Qarabağda bəpa etdiyimiz tarixi ədaləti Qərbi Azərbaycanda da bərpa etmək niyyətini bildirdi. Məlumat üçün bildirim ki, Qərbi Azərbaycan İcması bu il avqustun 3-də yaradılıb. Qərbi Azərbaycan İcmasının strukturunda 400-dən artıq mütəxəssis, ziyalı və elm xadimi toplanıb. 
İcmanın məqsədi son iki əsrdə indiki Ermənistan ərazilərindən deportasiya olunmuş, zorakılığa məruz qalmış azərbaycanlıların və onların varislərinin hüquqlarının bərpası, eləcə də bu cinayətləri törədən Ermənistan SSR-nin bugünkü varisi Ermənistan Respublikasını beynəlxalq hüquq qarşısında məsuliyyətə cəlb etməkdir. Ən əsas məqsədimiz isə soydaşlarımızın öz dədə-baba torpaqlarına qayıdış prosesini həyata keçirməkdir”, - deyə deputat əlavə edib.

Murad Əhmədov, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO