Vasif Talıbovun oğlu Röyaya 8 milyonluq mülk bağışlayıb? - AÇIQLAMA

Vasif Talıbovun oğlu Röyaya 8 milyonluq mülk bağışlayıb? - AÇIQLAMA

Hazırda oxunan: Vasif Talıbovun oğlu Röyaya 8 milyonluq mülk bağışlayıb? - AÇIQLAMA

112308

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sabiq sədri Vasif Talıbovun böyük oğlu Rza Talıbovun Xalq artisti, müğənni Röya Ayxana 8 milyonluq mülk hədiyyə etməsi barədə xəbərlər yayılıb. Bəzi KİV-lərdə və sosial şəbəkələrdə tirajlanan bu iddiaya görə, Bakı-Buzovna yolunda, Zağulba prospektində yerləşən həmin dəbdəbəli  saray 20 sot torpaqda inşa olunub.

Qeyd olunur ki, Röya Ayxan Naxçıvanda 2019-cu ilin avqustunda konsert verib. Bu konsertin təşəbbüskarının da Rza Talıbovun olduğu bildirilir. Hətta Röya Ayxanın vaxtilə Rza Talıbovun sevgilisi olduğu da iddialar sırasında vurğulanır.
Bizim.Media xəbər verir ki, modern.az iddialara münasibət öyrənmək üçün Xalq artisti Röya Ayxanla əlaqə saxlamağa çalışıb.

Müğənninin özü ilə danışmaq mümkün olmasa da, prodüseri telefona cavab verib.

Röya Ayxanın prodüseri Kənan Bayramov modern.az-a açıqlamasında deyib ki, yayılan xəbərlər şayiədir və həqiqəti əks etdirmir:

“Belə bir şey olmayıb, Rza Talıbov Röya xanıma heç bir mülk bağışlamayıb. Siz bu cür məlumatlara hələ də necə inanırsız?”

Xatırladaq ki, Rza Talıbov hazırda Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO