Rahat bir yuxu üçün bunları edin

Rahat bir yuxu üçün bunları edin

Hazırda oxunan: Rahat bir yuxu üçün bunları edin

11225

Günə sağlam və əyləncəli başlaya bilmək üçün rahat və keyfiyyətli bir yuxu vacib şərtdir. Sosial həyata mənfi təsir edən yuxu problemləri üçün dərman qəbul etmək  əvəzinə praktik tədbirlər görmək daha müsbət nəticələr verə bilər.

Bizim.Media xarici mütəxəssislərin rahat bir yuxu üçün məsləhətlərini diqqətinizə çatdırır.

Yuxunun müddətini deyil, keyfiyyətini artırın.

Yuxu, fiziki istirahət üçün zəmin hazırladığı kimi zehni funksiyaların da yeniləndiyi bir dövrdür. Sağlam bir bədən üçün və keyfiyyətli bir gün üçün yuxu müddətini deyil, keyfiyyətini artırmaq daha vacibdir.

Xroniki yuxusuzluq: 

Gündüz diqqətin yayılmasına 

Konsentrasiya pozğunluğuna 

Həddindən artıq aqressivlik 

Zəif iş performansı 

Depressiya 

Yüksək qan təzyiqi və  başqa bir çox problemə səbəb ola bilər.

Rahat bir yuxu üçün dərmanlar seçmək əvəzinə, əsas problemi müəyyənləşdirmək və buna görə müalicəni planlaşdırmaq lazımdır.

- Hər şeydən əvvəl yatmaq üçün yataq otağına üstünlük verilməlidir.
Televiziya qarşısında xoş olduğu düşünülən qısa yuxular gecə yuxusunu poza bilər. 

-İdeal otaq temperaturu 21-22 dərəcə olmalıdır. 

-Televiziya, mobil telefon , komputer kimi elektron əşyalar yataq otağında olmamalıdır. Bu cihazlarla yataqda vaxt keçirməyiniz də yuxu keyfiyyətini poza bilər. 

-Yataq otağının işıq və səs izolyasiyasına diqqət yetirilməlidir. 

-Gecə işığı yatarkən istifadə edilməməlidir. Yuxuda ifraz olunan melatonin hormonu yalnız qaranlıqda aktivləşir. 

20:30-23:00 arasında ən yüksək səviyyəyə çatan melatonin hormonundan faydalanmaq üçün bu saat aralığında yuxuya getmək yuxu keyfiyyətini yaxşılaşdırır.

-Dişləri fırçalamaq və ya tualet ehtiyyacları yatmadan həll edilməlidir.

-Axşam saat 19: 00-dan sonra yemək yeyilməməlidir. Çay və qəhvə kimi içkilərdən kənar durmaq xüsusilə vacibdir.

-Həftənin ən azı 3 günü idman edilməlidir. Yuxusuzluq problemi olan insanlar üçün axşam idmanı etmək faydalı ola bilər. Yeməkdən əvvəl kardio üslubunda edilən yüngül idman növləri yuxusuzluq problemini həll edə bilər.

Məşhur inancın əksinə olaraq ağır idman növləri yuxusuzluğa səbəb ola bilər. 

-Həftə sonu da daxil olmaqla  eyni saatda yatıq, eyni saatda oyanmağa diqqət edilməlidir. Həftə sonları 45 dəqiqədən çox olmayan günorta yuxusuna üstünlük verilə bilər.

-Yataqda uzanmağınıza baxmayaraq yarım saat və ya 45 dəqiqən çox müddət  yata bilmirsinizsə, yataqdan qalxmalısınız. Fərqli bir otaqda kitab oxuyaraq  yenidən yatmaq müsbət nəticələr verir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO