Bakı metrosunda qatarda NASAZLIQ - Sərnişinlər geri qaytarılıb 

Bakı metrosunda qatarda NASAZLIQ - Sərnişinlər geri qaytarılıb 

Hazırda oxunan: Bakı metrosunda qatarda NASAZLIQ - Sərnişinlər geri qaytarılıb 

112236

“Sərnişinlərdən xahiş edirik Metropolitendən istifadə qaydalarına riayət etsinlər”.

Bizim.Media xəbər verir ki, bu barədə Metropolitenin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bu gün metrodakı gecikmə ilə bağlı jurnalistlərin sualını cavablandırarkən deyib:

“Xətai - Cəfər Cabbarlı mənzilində maşinistin idarəetmə pultunda qapılara müdaxilə olunması ilə bağlı siqnal işə düşüb. Bakı Metropolitenin təlimat qaydalarına uyğun olaraq maşinist qatarı saxlayıb. Texniki baxış keçirilib.
Hər hansı problem olması müəyyən edilməsə də, təlimatlara uyğun olaraq qatara əlavə baxış keçirilib. Qatar təyin olunmuş zonaya çıxarılıb. Hərəkətin təşkili ilə bağlı problem yaşanmayıb.

Sərnişinlərin təhlükəsizliyi ilə bağlı problem olmayıb.

Sərnişinlərdən xahiş edirik Metropolitendən istifadə qaydalarına riayət etsinlər. Göründüyü kimi, kiçik bir neqativ hadisə Metropolitenin işinə təsirsiz ötüşmür".

Aləmdə Nəsib, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO