Azad edilmiş ərazilərdə işləyənlərin NƏZƏRİNƏ: Güzəşt və imtiyazlardan istifadə edəcəklər  

Azad edilmiş ərazilərdə işləyənlərin NƏZƏRİNƏ: Güzəşt və imtiyazlardan istifadə edəcəklər  

Hazırda oxunan: Azad edilmiş ərazilərdə işləyənlərin NƏZƏRİNƏ: Güzəşt və imtiyazlardan istifadə edəcəklər  

112166

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislər üçün güzəştlər müəyyənləşib. 

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsinə dəyişiklikdə əksini tapıb. 

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislər aşağıdakı şərtlər birgə mövcud olduğu hallarda Əmək Məcəlləsində və digər qanunlarda nəzərdə tutulan güzəştlərdən və imtiyazlardan istifadə etmək hüququna malikdirlər: 
- Mütəxəssislərin əmək müqaviləsi bağladıqları işəgötürən işğaldan azad edilən ərazilərdə vergi uçotunda olduqda; 

- Mütəxəssislərin əmək müqaviləsi üzrə iş yeri işğaldan azad edilən ərazilərdə yerləşdikdə; 

- Mütəxəssislər işğaldan azad edilən ərazilərdə məskunlaşdıqda. 

Qanun 2023-cü il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək qüvvədə olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO