Göyçayda dövlət avtomobili traktorla toqquşdu - Xəsarət alan var - FOTO

Göyçayda dövlət avtomobili traktorla toqquşdu - Xəsarət alan var - FOTO

Hazırda oxunan: Göyçayda dövlət avtomobili traktorla toqquşdu - Xəsarət alan var - FOTO

112156

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi olub.

Bizim.Media xəbər verir ki, hadisə bu gün Bakı-Şamaxı-Yevlax yolunun Göyçayın Qaraməryəm kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsus 99-PE-497 dövlət nömrə nişanlı "Xəzər" markalı minik avtomobili eyni istiqamətdə hərəkətdə olan traktora arxadan çırpılıb. 

Hadisə zamanı xidməti minik avtomobilinin sürücüsü xəsarət alıb. 

Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Aqil Əsədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO