BİZİM TƏQVİM: Bir milyon əlli min insanın aldığı ad ləğv edildi

BİZİM TƏQVİM: Bir milyon əlli min insanın aldığı ad ləğv edildi

Hazırda oxunan: BİZİM TƏQVİM: Bir milyon əlli min insanın aldığı ad ləğv edildi

112139

1958-ci ilin 29 dekabrında SSRİ-də Cinayət Məcəlləsindən "xalq düşməni" ifadəsi götürülüb. Qeyd edək ki, 30 il müddətində milyonlarla Sovet adamı bu bədnam adla güllələnib və yaxud sürgün edilib. 1929-cu ildən 1953-cü ilə qədər Azərbaycanda 1 milyon 50 min insana bu ad yamaq edlib. Onların bir hissəsi sürgün edilib, bir qismi isə güllələnib.

Bəs, 29 dekabrda daha hansı hadisələr baş verib?

1. 29 dekabr 1768-cı ildə Rusiyada imperator II Yekaterina tərəfindən dövriyyəyə kağız əsginaslar buraxılıb.

2. 1791-ci il 29 dekabr tarixində Rusiya ilə Osmanlı imperiyaları arasında Yassı Sülh Müqaviləsi bağlandı. Həmin sənədə əsasən, Cənubi Buq çayından Dnestr çayına qədər dəniz sahilləri Rusiyanın tabeliyinə keçdi. Osmanlı dövləti Krımın Rusiyaya verilməsini təsdiq etməli oldu.

Beləliklə, Rusiya Qaradənizin şimal sahillərində qəti surətdə möhkəmləndi. 

3. İkinci Dünya Müharibəsi zamanı - 1940-cı ilin 29 dekabrında İngiltərənin paytaxtı Almaniya Hava Qüvvələrinin ən böyük hücumlarından biri ilə qarşılaşdı: faşist təyyarələri Londona bir gecədə təxminən 10 min yanğın bombası atdı.

4. 1967-ci il 29 dekabrda bugünkü Şimali Kipr ərazisində Fazıl Küçüyün başçılığı altında Qıbrız Müvəqqəti Hökuməti quruldu.

5. 29 dekabr 1972-ci ildə ABŞ-ın Nyu-York şəhərindən Miamiyə uçan sərnişin təyyarəsi pilotun səhvi üzündən şəhər yaxınlığındakı bataqlığa düşdü, 101 nəfər həyatını itirdi.

6. 1995-ci ilin bu günü bioloji müxtəliflik, yəni Yer kürəsinin flora və faunası haqqında beynəlxalq konvensiya qüvvəyə mindi. 1996-cı ildən 29 dekabr Beynəlxalq Biloloji Müxtəliflik Günü olaraq qeyd edilir.   

7. “Figen Akat” Türkiyə gəmisinin 1995-ci ilin 29 dekabrında quruya yan alması ilə "Kardak böhranı" başlandı. Rəsmi Ankara Kardak qayalıqlarının Türkiyəyə aid olduğuna dair Yunanıstana nota verdi. Yunanıstan isə 10 yanvar 1996-cı ildə verdiyi qarşı nota ilə qayalıqların ona aid olduğunu iddia etdi, məsələ böhrana səbəb oldu.

8. Orta Amerika ölkəsi Quatemalada 36 il sürən vətəndaş müharibəsi hökumət və müxalifət arasında 1996-cı ilin 29 dekabrında imzalanan razılaşma ilə sona çatdı.

9. 1999-cu ilin bu günü Azərbaycanın prezidenti Heydər Əliyevin fərmanı ilə Dövlət Neft Fondu yaradıldı.

29 dekabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

1. Müasir Azərbaycan tarının yaradıcısı Sadıqcan 1846-cı ilin bu günü Qarabağın mərkəzi Şuşada anadan olub. Sadıqcan 1897-ci ildə Şuşada Əbdürrəhimbəy Haqverdiyevin rəhbərliyi ilə göstərilən bir pərdəli “Məcnun Leylinin məzarı üstündə” tamaşasının musiqi tərtibatını verib. 1875-1879-cu illərdə xalq musiqisinin xüsusiyyətlərini nəzərə alaraq tarın yeni səs düzümünü yeni qaydada tənzimləyib, bir çox təsnif, rəng və mahnılar yaradıb. (1846-1902)

2. Azərbaycan tarixinin müxtəlif mərhələlərinin bədii mənzərəsini yaradan, eyni zamanda, müasir gəncliyin həyatından bəhs edən, roman, povest və hekayələrilə tanınan yazıçı və ədəbiyyatşünas Əzizə Cəfərzadə 1921-ci ilin 29 dekabrında dünyaya gəlib.

3. Azərbaycan boyakarlıq sənətinin istedadlı nümayəndələrindən biri Kamil Nəcəfzadə 1929-cu ilin 29 dekabrında anadan olub.

4. Sevilən şair Nüsrət Kəsəmənli 1946-cı ilin bu günündə anadan olub. O daha çox sevgi şeirləri ilə tanınıb, sevilib.

5. 1703-cü ilin bu günündə Osmanlı sultanı ll Mustafa vəfat edib.

6. Fransa və İtaliyanın görkəmli modelyeri Pyer Kardin 2020-ci ilin 29 dekabrında dünyasını dəyişib.

Surxay Atakşiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO