“ASCO istiqrazları 5 il müddətində zəmanətli qazanc vəd edir

“ASCO istiqrazları 5 il müddətində zəmanətli qazanc vəd edir" – SƏDR

Hazırda oxunan: “ASCO istiqrazları 5 il müddətində zəmanətli qazanc vəd edir" – SƏDR

112071

"ASCO istiqrazlarını ilkin bazarda almaq üçün investorlar istiqrazın Anderrayteri - PAŞA Kapital İnvestisiya şirkətinə müraciət edərək abunə yazılmalıdırlar". 

Bizim.Media xəbər verir ki, bu haqda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “ASCO istiqrazları”nın tədavülə buraxılması münasibətilə keçirilən tədbirdə bildirilib. 

"İstiqrazların nominal dəyəri 1000 ABŞ dolları, illik faiz dərəcəsi isə 6% təşkil edir.  100  min ədəd emissiya edilən istiqrazları həm fiziki, həm də hüquqi şəxslər əldə edə, bununla da ASCO istiqrazlarının investoru ola bilərlər. İstiqraz sahiblərinə faiz dərəcələri ildə iki dəfə olmaqla 6 aydan bir ödəniləcək. İstiqrazları həm ilkin, həm də təkrar bazardan almaq mümkündür.
ASCO istiqrazlarını ilkin bazarda almaq üçün investorlar istiqrazın Anderrayteri - PAŞA Kapital İnvestisiya şirkətinə müraciət edərək abunə yazılmalıdırlar. Abunə yazılışının müddəti 60 gün təşkil edir. Dollarda yüksək gəlirli maliyyə aləti olan ASCO istiqrazları sahiblərinə 5 il müddətində zəmanətli qazanc vəd edir". 

Aləmdə Nəsib, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO