Qubada BAYRAM YARMARKASI təşkil edildi - FOTO 

Qubada BAYRAM YARMARKASI təşkil edildi - FOTO 

Hazırda oxunan: Qubada BAYRAM YARMARKASI təşkil edildi - FOTO 

111975

Qubada 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə iki günlük yarmarka fəaliyyətə başlayıb. 

Bizim.Media-nın Şimal bürosu xəbər verir ki, yarmarkaya kənd təsərrüfat məhsulları və digər tələbat malları çıxarılıb. 

Yerli icra hakimiyyətinin təşkilatçılığı ilə təşkil edilən yarmarka Quba şəhər sakinlərinin və rayona gələn turistlərin razılığı ilə qarşılanıb.

Quba İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və digər rəsmilər yarmarkaya baş çəkib, qiymətlərlə maraqlanıb.  

Alıcılar mərkəzi bazarla müqayisədə burada qiymətlərin 20-25 faiz ucuz olduğunu bildiriblər.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO