Quba-Qusar batalyonunun 30 illiyi qeyd edilib - FOTO

Quba-Qusar batalyonunun 30 illiyi qeyd edilib - FOTO

Hazırda oxunan: Quba-Qusar batalyonunun 30 illiyi qeyd edilib - FOTO

111942

Bu gün 1-ci Qarabağ Müharibəsində - 27 dekabr 1992-ci ildə yaradılan Quba-Qusar batalyonunun Qubada 30 illiyi qeyd olunub. 

Bizim.Media-nın şimal bürosunun məlumatına görə, əvvəlcə Quba Şəhidlər Xiyabanı ziyarət edilib.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin və "Şəhid Ailələrinə Qayğı" Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan tədbir Bəşir Səfəroğlu adına Quba Mədəniyyət Mərkəzində davam etdirilib.
Tədbirdə Quba İH-nin və DTX-nin rayon şöbəsinin rəhbərləri, yerli YAP  sədri, keçmiş döyüşçülər, inzibati orqan rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. 

Çıxışlarda Quba-Qusar batalyonunun yaranma tarixindən ətraflı danışılıb. Quba İH başçısı Ziyəddin Əliyev 30 il əvvəl çətin şəraitdə fəaliyyətə başlayan Quba-Qusar batalyonunun şəhid olmuş üzvlərini ehtiramla anıb, qalanlara can sağlığı arzulayıb. 

Azərbaycan Vətən Müharibəsi İctimai Birliyinin Quba rayon şöbəsinin sədri İsmayıl Babayev Bizim.Media-ya məlumat verib ki, Quba-Qusar batalyonu yarananda döyüşən könüllülərin sayı 583 olub, onlardan 58-i 1-ci Qarabağ Müharibəsində gedən döyüşlərdə şəhid olub. 

Tədbirin sonunda Azərbaycan Vətən Müharibəsi İctimai Birliyinin sədr müavini Salman Musayev şəhid ailələrinə, qazilərə, keçmiş döyüşçülərə göstərdiyi xüsusi diqqət və qayğıya görə, Quba İH başçısı Ziyəddin Əliyevə ictimai birliyin təsis etdiyi "Böyük Zəfər" medalını təqdim edib. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO