Qənirə Paşayeva türk ocaqlarında  - FOTO

Qənirə Paşayeva türk ocaqlarında - FOTO

Hazırda oxunan: Qənirə Paşayeva türk ocaqlarında - FOTO

111885
xa0Türkiyədə səfərdə olan millət vəkili Qənirə Paşayeva ötən gün Aydın şəhərində konfrans keçirib.
Aydın Ülkü Ocağından Moderator.az-a verilən məlumata görə, konfransı Aydın Türk Ocağı və Aydın Ülkü Ocağı birlikdə düzənləyib.
xa0
Aydın millətçilərindən Zəkəriyya Kürşad Qənirə Paşayevanın Turan və türkçülük, Əli bəy Hüseynzadə, Yusif Akurça, Əhməd bəy Ağoğlu, Ziya Göyalp və digər ideoloqların mücadiləsi ilə bağlı mükəmməl bir çıxış etdiyini bildirib.
xa0
“Qənirə xanım birliyimizdən danışdı, lakin bir-birimizdən uzaq düşdüyümüzü də xatırlatdı. İnformasiya, elm əsri olduğunu, bilgiyə hakim olmamızın vacibliyi mövzusunda dəyərli fikirlərini paylaşdı. Qənirə xanımla görüşdən olduqca məmnun ayrıldıq”x9d, - deyə Kürşad bildirib.
xa0
Xatırladaq ki, millət vəkili Qənirə Paşayeva Türkiyəyə səfəri çərçivəsində qardaş ölkənin bir neçə bölgəsində geniş görüşlər və konfranslar keçirməkdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO