Saxta profil işlədənlər həbs edilə bilər? – Hüquqi İZAH

Saxta profil işlədənlər həbs edilə bilər? – Hüquqi İZAH

Hazırda oxunan: Saxta profil işlədənlər həbs edilə bilər? – Hüquqi İZAH

111855

“Bəzi hallarda sosial şəbəkələrdə qeydiyyatdan keçmiş şəxslər saxta profil hesabı açaraq öz ad soyadlarını gizlədirlər. Lakin saxta profil adlarından istifadə edən şəxslər bir sıra hallarda anonim olduqları üçün cəzasız qalacaqlarını güman edərək digər şəxsləri sosial mediada təhqir etməkdən çəkinmirlər”.

Bunu Bizim.Media-ya açıqlamasında hüquqşünas Şaiq Mirzəyev söyləyib.

O əlavə edib ki, bu tip halların qarşısının alınması məqsədi ilə, Cinayət Məcəlləsinə yeni məzmunda 148-1-ci maddə əlavə edilib:

“Bu maddə ilə internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə də cinayət məsuliyyətinə səbəb olur.
“Saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür”.

Hüquqşünas onu da əlavə etdi ki, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etməyə görə cinayət işi müraciət əsasında başlanılır:

“Sosial şəbəkələrə nəzarət etmək olduqca çətindir. Bu gün Azərbaycanda sosial şəbəkələrdən milyonlarla insan istifadə edir. Lakin bu istifadə hər zaman məqsədə müvafiq olmur. Bu isə nəticədə hüquqi məsuliyyətə səbəb ola bilər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO